Uşaqlarda yanıq zamanı edilən yanlışlar: İlkin yardım necə olmalıdır?

Uşaqlarda yanıq zamanı edilən yanlışlar: İlkin yardım necə olmalıdır?Yanıq zamanı düzgün şəkildə göstərilən ilkin yardım sonrakı sağalma prosesi üçün vacib şərtdir.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu uşaqlarda yanıqlar zamanı tədbirlər barədə həkim-pediatr Aytən İsmayılzadə bildirib. O, çox zaman yanıqlar zamanı göstərilən ilkin yardımın yanlış olduğunu açıqlayıb:
"Uşaq yananda ilk olaraq qorxuruq. Çunki, bu da bir zədədir-dərinin zədəsi, sıyrılma, əzilmə kimi. Bəs niyə dəri sıyırlanda diş pastası, yağ vurmaq yada düşmür. Amma yanıq zamanı ilk yada düşən bunlar olur. Yanıq zamanı ağrı, göynəmə olduğunu bilirik. Eyni hiss sıyrılanda da olur. Amma o zaman doğru olaraq soyuq su altinda yuyub hansısa antibiotik tərkibli məlhəm vururuq, məsələn, "Levomekol". Bir az da çox bilikli olanlar sağaldıcı olaraq "Bepanten" istifadə edir. Yanıq zamanı da ilkin yardım yanan yeri 15 dəqiqə soyuq su altında saxlamaqdır. İlkin yardım ona görə vacib deyil ki, həkimə qədər vaxt boşa getməsin, ona görə lazımdır ki, doğru şəkildə edilmiş ilkin yardım sonrakı sağalma üçün şərtdir. Yəni uşaq yanan kimi tez həkimə qaçırtmağın mənası yoxdur. Yaxşı olar ki, 15 dəq axar soyuq suyun altında saxlayasınız".
Amma yanıqların fərqli olduğunu vurğulayan həkim vurğulayıb ki, əgər çox sahə, həm də dərin yanıbsa, bu zaman uşaq həyati təhlükəyə girir və vaxt itirmək olmaz.
Pediatr yanan yerə yağ və pasta sürtməyin yanlış olduğunu bildirib:"Yanıq dəri zədələnməsidir, sinir reseptorları açıq olur, buna görə də ağrı baş verir. Ağrıkəsici dərman qəbul etmək, yaxud yerli olaraq "novokain" məhlulu istifadə etmək olar. Yağ ona görə olmaz ki, burada yağlı örtük yaranır və altında mikroblar inkşaf edərək oradan qana keçir. Yanıq olan yerdə dəri müdafiəsi olmur və mikrob asanlıqla heç bir maneə görmədən qana keçə, asanlıqla sepsis də törədə bilər. Buna görə ehtiyatlı olmaq lazımdır. Uşaq nə qədər kiçikdirsə onun dərisi də bir o qədər zərifdir. Yanıq oldusa ilk növbədə soyuq, axar su altında 15 dəqiqə saxlamaq, sonra d-pantenol tərkibli köpük ya məlhəm, sonra soyulma da olarsa antibiotik tərkibli məlhəm vuraraq ( məsələn, "Sintomisin") steril bintlə bağlamaq lazımdır.
A.İsmayılzadə qeyd edib ki, "Yanığı açıq saxlayaq, hava dəysin" fikri də yanlışdır: "Çünki havadan mikrob düşə bilər, həm də havanın təsirindən sinir reseptorları daha çox qıcıqlanar".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2092   Tarix: 14 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

sade makiyaj sekilleri makiyaj etmek qaydalari sac duzumleri öpüşmək qaydası laylalar fantaziya sağlamlıq kosmetika rus dilin nece orenek novruz hakista yuxuda qara ilan gormek dolça novruz bayramına aid