Uşaqlarda yastıpəncəliyin səbəbləri

Uşaqlarda yastıpəncəliyin səbəbləriYastıpəncəlik uşaqlarda dayaq-hərəkət aparatı xəstəlikləri arasında ən geniş yayılan patologiyadır. Yastıpəncəlik zamanı pəncə deformasiya olunur və ayaqaltı hissə bütün səthi boyu yerə dəyir.
Uşaqda yastıpəncəlik olub-olmadığını yalnız 5-6 yaşlarında dəqiq bilmək olar. Niyə?
Birincisi, bu yaşa qədər uşaqlarda pəncə sümükləri hələ tam bərkiməmiş və onların müəyyən hissəsi isə qığırdaq toxumasından ibarət olur; bağlar və əzələlər də zəif olaraq asanlıqla dartılırlar. Dayaq-hərəkət aparatın normal inkişafı zəminində 5-6 yaşlarında pəncə qövsu düzgün formasını alır. Lakin bəzi hallarda pəncənin inkişafında normadan kənar dəyişikliklər baş verir və nəticədə yastıpəncəlik əmələ gəlir.
Uşaqlarda yastıpəncəliyin əmələ gəlməsinə aşağıdakı faktorlar təsir edir:
- İrsi faktor – ailə üzvlərindən (və yaxın qohumlardan) kimdəsə yastıpəncəlik varsa və ya olubsa, çox diqqətli olmaq, uşağı tez-tez ortopedə göstərmək lazımdır;
- Uşağa "düzgün" olmayan ayaqqabı geydirilməsi (altı düz, arxa tərəfi yumşaq, dabansız, cox dar və ya cox geniş);
- Ayaqlara həddən-ziyadə yük düşməsi (məsələn, uşağın çəkisi çox olduqda);
- Raxit;
- Pəncə travmaları.
Tez-tez valideynlər yastıpəncəliyin müalicəsinə etinasız yanaşaraq onun uşağın sağlamlığına heç bir mənfi təsir etmədiyini düşünürlər. Bu çox təhlükəli səhvdir! Yastıpəncəlik zamanı pəncənin təbii amortizasiyası pozulur və gəzmə zamanı bud-çanaq oynağı, baldırlar böyük təzyiq altında qalır ki, bu da artrozlara (oynaqların patologiyaları) gətirib çıxara bilər.
Yastıpəncəli uşaqlar tez-tez baldır əzələlərində ağrılardan, ayaqlarda yorğunluqdan şikayət edir, gəzərkən xeyli narahatlıq hiss edirlər. Bundan başqa, yastıpəncəlik zamanı aşağı ətraflarda qan dövranının pozulması nəticəsində damarların varikoz genişlənməsi də baş verir.
Yastıpəncəlik zamanı onurğa sütunu daha çox təzyiqlərə məruz qalır ki, bu da gələcəkdə müxtəlif əyriliklərə, hətta skolioza da səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq, xəstəliyin profilaktikasını aparmaq, xəstəlik artıq mövcud olduqda isə onu müalicə etmək çox vacibdir.
Yastıpəncəliyin profilaktikası üçün uşağa həm evdə, həm də bayırda möhkəm, sərt ayaqqabı (həmçinin sərt dabanı olan) geyindirmək lazımdır. Ona evdə ayaqyalın, corabda gəzməyə, yumşaq ev şapşapları geyməyə icazə verməyin! Belə uşaqlar üçün ilıq sahil qumu və ya dəniz çınqılları üzərində yerimək, ayaqları növbələşdirməklə isti və soyuq su ilə yumaq, pəncənin ön tərəfi və ya daban üstündə, iç və ya bayır səthləri uzərində ("ayı kimi") gəzmək, ayaqla yerdə top və ya qalın oxlovu diyirləmək, pəncəni yığıb-açmaq və s . bu kimi hərəkətlər etmək çox xeyirlidir.
Uşaqda yastıpəncəlik aşkar edilibsə, həkim-ortoped ona xüsusi ortopedik ayaqqabı geyinməsini məsləhət görə bilər. Bu ayaqqabılar təbii materialdan hazırlanmış, arxa tərəfi sərt, ayaqda yaxşı fiksə olunmuş, alçaqdabanlı olur. Bir çox hallarda isə həkimlər, sadəcə olaraq, arxa tərəfi sərt olan ayaqabı geyinməsini və onun içinə isə xüsusi supinator qoyulmasını məsləhət görürlər. Supinatorlar uşağın ayaq ölçüsünə uyğun xüsusi korsetlər, tibbi bandajlar, supinatorlar və s. bu kimi vasitələr istehsal edən şirkətlərdən alınır.
Yastıpəncəli uşaqların müalicəsində fizioterapiya, xüsusi müalicəvi idman, manual terapiya və masajdan da istifadə olunur.
Yastıpəncəliyin müalicəsi erkən yaşlarda başlanmış olarsa, pəncə qövslərini böyütmək mümkün olur. Təəssüf ki, bir qədər böyük yaş dövrlərində bu xəstəlik müalicəyə tabe olmur.
Valideynlər yadda saxlamalıdırlar ki, yastıpəncəlik ciddi xəstəlik olub vaxtında müalicə edilmədiyi hallarda, pəncə sümüklərinin güclü deformasiyası, onurğa sütununun müxtəlif əyrilikləri, artrozlar, aşağı ətraf venalarının varikoz genişlənməsinə və digər fəsadlara səbəb ola bilər.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 2160   Tarix: 17 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

turlar.az

reseptler kosmetoloq kosmetik vasiteler hakişta 2026 un geyimleri gəlin paltarları zirincin faydalari kosmetika xerçeng opusme bayatılarımızda vətən həsrəti kokelmek novruza aid hakışda