Uşaqları çimərliyə aparanda nələrə diqqət olunmalıdır?

Uşaqları çimərliyə aparanda nələrə diqqət olunmalıdır?Valideynlər hər zaman istəyirlər ki, qısa yay aylarında uşaqları mümkün qədər çox Günəş şüaları altında olsun və D vitamini alsınlar. Çimərliklər uşaqların fiziki və ruhi inkişafında mühüm rol oynayır. Lakin uşaqları çimərliyə aparan zaman müəyyən qaydalara ciddi riayət etmək lazmdır.
Bunu həkim-pediatr, Mərkəzi Gömrük Hospitalının mütəxəssisi Təranə Göyüşova bildirib.
Milli.Az e-tibb.az-a istinadən pediatrın "Uşaqları çimərliyə apararkən ən çox nəyə diqqət edilməlidir?" sualına cavabını təqdim edir:
Uşaqları saat səhər saat 10.00-a qədər və axşam saat 17.00-dan sonra çimərliyə aparmaq lazımdır. Yay aylarında günün isti vaxtında Günəş şüaları altında qalmaq və dəniz kənarında olmaq uşaqlara məsləhət görülmür. Valideynlər uşaqları daha çox Günəşin zərərli şüalarından qorumalıdırlar. Belə ki, Günəş şüaları altında uzun müddət qalmaq uşaqlarda bir çox xəstəliklərə səbəb ola bilər.
Orqanizmin D vitamini alması üçün bir neçə dəqiqə gün altında gəzmək kifayət edir. Uşaqlar Günəş altında kepka, şlyapa geyinməli və gün altına çıxmamışdan 30 dəqiqə öncə Günəş şüalarından qoruyucu krem çəkilməlidir. Hər dəfə dənizdə çimdikdən sonra gün kremi yenidən vurulmalı, əgər uşaq çimmirsə, gün kremi hər 2 saatdan bir yenidən vurulmalıdır. Dərinin rəngi açıq olan uşaqlar daha çox risk altında olur.
Dənizdən və ya hovuzdan çıxdıqdan sonra uşaqların yaş geyimləri dərhal dəyişilməlidir. Çünki yaş geyim ilə gəzmək uşaqların sağlamlığını təhlükə altına alır. Gün altında qorunmasız şəkildə uzun müddət qalan uşaqlarda hərarətin artması, baş ağrısı, bəzən də ürəkbulanması, qusma kimi əlamətlər müşahidə edilə bilər. Yüngül yanma zamanı dəridə qızartı, ağrı və yanma hissi, ağır yanıqlar zamanı isə su dolu qabarcıqlar və hüceyrə zədələnməsi baş verə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1248   Tarix: 23 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

makiyaj instagram aksessuarlar sade makiyaj sekilleri displaziya qargidali yaginin faydalari qurd xəstəlikləri dəridə ləklər kosmetika intim munasibetler uşaq şeirləri kökəlmək üçün suni mayalanma buga burcu