"Uşaqları əlimdən almaq üçün hər işdə yolumu bağlayırlar"

"Uşaqları əlimdən almaq üçün hər işdə yolumu bağlayırlar""Uşaqlarıma çox acı çəkdirirlər, onlar bu şəraitdə böyüməməlidirlər. İndiyənə kimi uşaqlarım üçün şərait qurmadım, çünki Mətanət İskəndərli və Kərimə güvənirdim. Mətanət xanım hər zaman deyirdi ki, onların gələcəyi haqda heç nə düşünmə, hər şeyi edəcəm. Hətta deyirdi ki, Tuncayın xaricdə oxuması üçün indidən vəsait ayıracam. Anamı toyumdan 2 ay sonra itirdim. Əgər sağ olsaydı, mənə bu əziyyətləri çəkdirə bilməzdilər, hər şeyim olardı. Heç bir qayınana ana olmaz".
Open.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Mətanət İskəndərlinin gəlini Canana deyib. O bildirib ki, kirayədə qaldıqları evə 3 min manat borcu var və ev sahibi onları çıxarıb:
"Sağ olsun ev sahibi, bu günə kimi bizə güzəştə getdi. Evin qiyməti 800 manat olduğu halda 600-ə qədər endirim edirdi. Amma onu da ödəyə bilmədik. Tuncay atasına dəfələrlə mesaj yazdı ki, kirayə pulunu ödəyin, yoxsa kompüterim burada qalacaq. Uşaq onlayn dərslərə girə bilməyəcəkdi. Elə də oldu, kompüteri evdə qoymalı olduq. Əvvəl qaldığımız evin yerində bina tikən şirkət hər ay 1200 manat ödəyir. Onu belə bizə vermirlər.
Mənim tək istəyim övladlarımın haqqıdır. Dörd ev, dörd maşınları var. İndi boşanma davasına görə başlayıblar Kərimin adından bütün mülk və maşınları çıxartmağa. Ayrılanda mal bölgüsü olmasın deyə, adında heç nə saxlamayıb. Mənim üçün Kərimin aldığı maşın adıma deyildi, belə olacağını ağlıma gətirmirdim, ona görə etibarnamə ilə sürürdüm. İndi Kərim onu da ögey qardaşının adına keçirib.
Çox sevinirəm ki, artıq o ailədən uzağam. Amma gərək ayrılanda da normal ayrılasan. Belə pisliklərlə yox. Tək istəyim övladlarımı kirayələrdə əziyyətlə böyütməməkdir. Onlara bir ev versinlər. Mənim hər əl atdığım işdə yolumu bağlayırlar ki, vəziyyətim pisləşsin, övladlarımı əlimdən alsınlar".
Canana bildirib ki, martın 31-də məhkəmə olacaq.
Qeyd edək ki, Kərimlə Canananın üç övladı var. Onlar bir neçə vaxtdır qalmaqallı şəkildə ayrılıblar. Canana Kərimin ona və qızına şiddət göstərdiyini deyib.

Şou Biznes     Baxılıb: 1490   Tarix: 01 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

.

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

.

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

.

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

.

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

turlar.az

gözəllik məhsulları makiyaj etmek qaydalari hamiləlik qadın ətirləri tutmalar gənc ailə bulkalar kosmetika masqalar ginekoloq hakiwda maya maskasi oglan evi