Uşaqları planşetdən uzaqlaşdırmağın YOLLARI
Evdə, restoranda, parkda, alış-veriş mərkəzində və ağılınıza gələ biləcək hər yerdə uşaqların əlində netbuk, telefon, planşet görürük. Bəzi valideynlər uşaqları müasir smartfonlardan uzaqlaşdırmaqda çətinlik çəkirlər. Elmi texniki tərəqqi uşaqları öz aludəçisinə çevirib. Lakin qurtuluş yolu var. Bunun üçün uşaqlarınızla birlikdə oyunlar oynaya bilərsiniz. Qadınsaytı.az lent.az-a istinadən uşaqları ağıllı cihazlardan uzaqlaşdırmaq üçün bəzi oyunlar təklif edir.
Mahnını tap
Uşağa bildiyi bir mahnını zümzümə edin, hansı mahnı olduğunu tapıb desin.
Hansı var, hansı yoxdur?
Masanın üzərinə bir neçə əşya qoyun. Uşağa diqqətlə baxmasını deyin. Sonra gözlərini bir bezlə bağlayın və əşyalardan birini gizlədin. Sonra gözlərini açın və ondan hansı əşyanın olmadığını soruşun.
Mən kiməm?
Ağılınızda bir heyvan seçin. Uşaq sizə o heyvanın xüsusiyyətləri haqqında suallar versin. Cavablarınıza əsasən hansı heyvan olduğunu təxmin etməyə çalışsın.
Rəngləri öyrədin
Uşağa rəngləri öyrətmək üçün çox əyləncəli bir üsuldur. Ona bir rəng söyləyin və olduğunuz otaqda həmin rəngdə bir obyekt tapmasını istəyin.
X şəklində bir obyekt tap
Rəngləri öyrətdiyiniz kimi həndəsi fiqurları da öyrədərkən eyni oyunu seçə bilərsiniz.
Hansı fərqlidir?
Bir kağıza ortaq xüsusiyyətləri olan bir neçə obyekt yazın. Bir dənə də fərqli obyekt əlavə edin. Uşağa fərqli olanı tapmasını istəyin.
Tapmaca
Uşağın tapa biləcəyi tapmacalar öyrənin. Sonra isə bunları ondan soruşun. Tapmaqda çətinlik çəkdikdə ipucları verin.
Hansı əlimdədir?
Klassik "hansı əlimdədir?" oyununu uşaqla da oynaya bilərsiniz. Bir əlinizə əşya qoyub arxanızda qarışdırdıqdan sonra uşaqdan tapmasını istəyin.
f Paylaş








Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri