"Uşaqları virusdan qorumaq olar..." - Pediatrdan vacib məsləhətlər

"Uşaqları virusdan qorumaq olar..." - Pediatrdan vacib məsləhətlərAzərbaycanda tədris ili sentyabrın 15-də başlayır. Epidemioloji vəziyyət nəzərə alınaraq uşaq bağçalarında, məktəbəqədər qruplarda, eləcə də ibtidai siniflərdə tədrisin mərhələli başlanması gözlənilir.
Valideynlər övladlarını təhsil müəssisələrinə göndərməkdə çox narahatdırlar. Xüsusən azyaşlıları məktəbdə və bağçalarda virusdan necə qorunmağın yolları barədə ziddiyyətli fikirlər var.
Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, pandemiya dövründə məktəblərin açılması azyaşlılar üçün bir qədər çətinlik yaradacaq:
"Məlumdur ki, bu il bağçadan məktəbə keçən uşaqlar pandemiya dövrünə düşdülər. Valideynlər istər kiçik, istərsə də böyük yaşlı uşaqları qorumaq üçün müəyyən tədbirlər görməlidirlər. Ümumiyyətlə, uşaqlar böyüklərlə müqayisədə koronavirusu daha yüngül və simptomsuz keçirirlər. Yəni uşaqların yüngül boğaz ağrısı, iybilmə və dadbilməni itirməsi, 38 dərəcəyə qədər temperatur, halsızlıq, yorğunluq kimi şikayətləri olur.
Bəzən valideynin özü belə, övladının virusa yoluxmasından xəbəri olmur. Təbii ki, əgər məktəblər açılırsa, uşaqlar dərsə getməlidir. Çünki onların təhsili də sağlamlıq qədər önəmlidir".
Pediatr deyir ki, iki yaşa qədər uşaqlara maska taxmaq məsləhət görülmür:
"Amma iki yaşdan yuxarı uşaqlara qapalı məkanlarda maska taxmağı tövsiyə edirik. İstər bağça, istərsə də məktəb olsun uşaqlara mütləq sosial məsafə anlayışını aşılamalıyıq. Bu məsafə minimum 2 metr olmalıdır. Uşaqlara bu qaydalar başa salınmalıdır. Məktəbə və ya bağçaya gedərkən uşaqlar bir-biri ilə çox yaxın təmasda olmamağa diqqət etməlidirlər. Valideynlər uşaqlara gigiyenik qaydalara əməl etməyi də öyrətməlidir. Məktəbəqədər uşaqlara bunları tədricən başa salmaq lazımdır".
Xəyalə Quliyeva hesab edir ki, profilaktik tədbirlər davam etdirilməlidir:
"Uşaqlar evdən çıxarkən hər gün 3-5 dəfədən az olmamaq şərti ilə burun damcılarından - natri xlor, dəniz suyu tərkibli damcı və ya spreylər, o cümlədən digər izotonik məhlullardan mütləq istifadə olunmalıdır. Çünki bu damcılar uşağın burun boşluğunu daim nəm saxlanmasını təmin edir ki, bu da qripdən və digər xəstəliklərdən qoruyur. Bunlar profilaktik təbirlərdir.
Burada heç bir kimyəvi tərkibli dərman və sperylər məsləhət görülmür. Kimyəvi tərkibli dərmanlar ancaq uşaqda rinit əlamətləri olarsa, həkim nəzarəti altında istifadə edilə bilər. Çünki müəyyən kimyəvi tərkibli dərmanlar var ki, onların 5-7 gündən artıq istifadəsi qadağandır. Bəzi kimyəvi tərkibli dərmanlar da var ki, allergik rinit xəstəliyi olan uşaqlarda 2-4 həftə ərzində təyin edilə bilər.
Tənəffüs yolu infeksiyalarının ilk yolu məhz burundan başlayır. Burun tükləri bu virusları və mikrobları saxlamaq üçün yaradılıb. Əgər uşağın burnunda tutulma olarsa, burun tükü öz funksiyasını yerinə yetirə bilməyəcək. Bu zaman uşaq ağızdan nəfəs alacaq ki, bu zaman bütün mikrob və viruslar aşağı yollara daxil olaraq uşaqlarda xəstəlik yaradacaq. Ona görə də valideynlər uşaqların burun boşluğunun açıq olmasına diqqət etməlidirlər".
Pediatr xəstə uşaqların bağçaya və ya məktəbə buraxılmasının qadağan olunduğunu deyir:
"Uşaqda xəstəlik əlamətləri varsa, mütləq evdə izolyasiya olunmalıdır. Bir sözlə, temperaturu 37 dərəcəni keçən azyaşlılar nə məktəbə, nə də bağçaya buraxılmalıdır.
Yüngül simptomlar zamanı, yəni asqırma olanda əlini ağzına tutmamağı uşağa başa salmaq lazımdır. Belədə uşağın ağzını dirsək büküşləri ilə tutması məsləhət görülür. Əgər uşaq ağzını əli ilə örtərsə, bu halda bütün viruslar onun əlinə hopmuş olacaq. Nəticədə virus çox asanlıqla yayılacaq".
Xəyalə Quliyeva uşaqlar üçün müəyyən dezinfeksiyaedici gel və spirtlərdən istifadəni də mümkün sayır:
"Bəzi valideynlər var ki, hər 5 dəqiqədən bir uşağı spirtləməklə məşğuldur. Amma bu, çox yanlış addımdır. Bu halda dəridə quruluq və müəyyən allergik reaksiyalar yarana bilər. Gün ərzində 3-4 dəfə olmaq şərti ilə uşaqlara spirtdən və dezinfeksiyaedici gellərdən istifadə etmək olar. Ən əsası, uşaqlara əl yuma texnikası başa salınmalıdır. Gün ərzində əllər sabunla tez-tez yuyulmalıdır. Bir qədər böyük uşaqların məktəbə gedib gələndən sonra bitki tərkibli vasitələrlə və yaxud duzlu su ilə qarqara etməsi məsləhətdir. Bu vasitələrdən istifadə etməklə uşaqları viruslardan müəyyən qədər qoruya bilərik".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 950   Tarix: 10 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

gozel gorunmek maskalar reseptler dil haqqinda atalar sozu qadın sonsuzluğu geyim kombinasiyalari saç düzümləri kosmetika qızlıq pərdəsi xlor lekesi azerb clpaq qadinlari üzeyir hacıbəyli xanim az