Uşaqların immun sistemi bu cür MƏHV OLUR

Uşaqların immun sistemi bu cür MƏHV OLURValideynlərin əksəriyyəti təmizlik baxımından uşaqlarına qarşı çox həssas olurlar. Xüsusilə 1-3 yaşa qədər körpəsi olan analarda bunu daha çox müşahidə etmək olar.
Mütəxəssislərin dediyinə görə, uşaqları ifrat dərəcədə təmiz saxlamaq əslində onların immun sisteminə xeyirdən çox ziyan vurur.
Saglamolun .az azedu.az-a istinadla xəbər verir ki, həkim-pediatr Qoşqar İsmayılov deyib: "Bəzən 1-2 yaşında körpələr iməkləməyə başlayarkən valideynlər onların natəmizliklə üzləşməməsi üçün buna icazə vermir, onları daha çox qucaqlarında saxlamağa öyrədirlər. Uşaqların bu dərəcədə təmiz saxlanılması, əllərinin tez-tez yumağa öyrəşdirilməsi onlarda tez-tez xəstəliklər yaranmasına səbəb olur, çünki immun sistemi mikrobları uşaqlıqdan tanımır və orqanizmdə ona qarşı müqavimət yaranmır. Bu, gələcəkdə hər hansı bir mikrobla üzləşərkən onlarda müxtəlif klinik əlamətlərin və xəstəliklərin əmələ gəlməsinə səbəb olur".
Hər hansı mikrobla təmas zamanı orqanizmdə onlara qarşı mübarizə reaksiyası formalaşır. Ona görə də hər şeyi steril etmək tövsiyə olunmur. Psixoloqların fikrincə, belə uşaqlar böyüyəndə özünəinam problemi ilə üzləşirlər.
Psixoloq Könül Cəfərova bu barədə deyib: "Bəzi valideynlər ifrat dərəcədə təmizlik aludəçisidir. Uşaq valideyndə gördüyü əksər keyfiyyət və vərdişləri özünə aşılayır. Onun həmin vərdişlərə ifrat dərəcədə alidə olması gələcəkdə cəmiyyətdə özünə yer tutmaq, özünü təsdiq etmək və özünəinam hissinin olmasında problemlər yaradır. Belə xarakterə malik olmaq gələcəkdə onun sosial uyğunlaşmasına da təsir göstərir".
Mütəxəssislər bildirirlər ki, bu məsələdə ortaq nöqtəni tapmaq əhəmiyyətlidir. Əgər uşaqlar tez-tez xəstələnirsə, onu dərin həkim müayinəsindən keçirmək tövsiyə olunur.
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 7982   Tarix: 26 iyul 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

turlar.az

donlar 2026 adlarin menasi makiyaj etmek qaydalari doğuş arıqlamaq baş gicəllənməsi milli yeməklər kosmetika namiq qaraçuxurlu buga burcu xocali novruz hakısdası nizami gencevi