Uşaqların otağındakı bu əşya görməsinə zərər verir

Uşaqların otağındakı bu əşya görməsinə zərər verirValideynlər çox zaman uşaq otağında rahat atmosfer yaratmaq üçün noçnikdən (gecə işığı) istifadə edirlər. Lakin zəif gecə işığı uşaqların görmə qabiliyyətinə mənfi təsir göstərə bilər.
Milli.Az bu əşyanı sizə təqdim edir:
Noçniklər uşaqlara necə zərər verə bilər?
Həkimin sözlərinə görə, uşaq otağındakı noçnik zamanla uşaqlarda miopiya - yəni uzağı görməmə problemi yarada bilər.
"Gecəni noçnik və ya zəif işıqla yatan uşaqlarda böyüdükcə miopiya inkişaf etmə riski daha yüksək olur. Amma tam qaranlıq otaqda yatan uşaqlarda bu risk xeyli aşağıdır". O əlavə edir ki, göz qapalı olsa belə, mavi spektrli işıq uşaqların nazik göz qapağı dərisindən keçərək melanopsin hüceyrələrini stimullaşdıra bilər. Bu da uşaqların bioloji saatına - yəni sirkadiyen ritmlərinə təsir edir və nəticədə yuxu pozuntusu və göz sağlamlığında problemlər yarana bilər.
Hansı işıq daha uyğundur?
İsti tonlu işıqlar (sarı, qırmızı) daha az zərərlidir və noçnik kimi istifadəyə daha uyğundur. Noçnik çox parlaq və birbaşa uşağın gözünə yönəlibsə, bu, görmə yorğunluğuna səbəb ola bilər, xüsusilə də uşaq gecə oyanarsa və birbaşa işığa baxarsa.
Valideynlərə tövsiyələr:
İsti və zəif işıqlı noçniklər seçin (sarı və ya qırmızı tonlar).
Noçniki elə yerləşdirin ki, işıq birbaşa uşağın üzünə düşməsin.
Əgər ehtiyac yoxdursa, xüsusilə körpələr üçün, noçnikdən istifadə etməyin - onlar tam qaranlıqda rahat yata bilərlər. Əgər uşaq qaranlıqdan qorxursa, zəif və dolayı işıq mənbəyi seçin. Taymer və ya hərəkət sensoru ilə təchiz olunmuş modellər daha təhlükəsizdir.
Miopiya nədir?
Miopiya və ya yaxın görmə - uzaq məsafədəki obyektlərin bulanıq, yaxın obyektlərin isə aydın görünməsi ilə xarakterizə olunur. Bu, göz formasının və ya iç quruluşunun işıq şüalarının düzgün şəkildə torlu qişada (retinada) fokuslanmasına mane olması ilə baş verir. Adətən uşaqlıq və yeniyetmə dövründə inkişaf edir və bəzən irsən keçə bilər. Orqanizmin sürətli böyüdüyü dövrlərdə miopiyanın irəliləməsi mümkündür. Bir araşdırma zamanı 2-16 yaş arası 479 uşaq üzərində aparılan müşahidələr göstərib ki, erkən uşaqlıq dövründə gecə vaxtı tam qaranlıqda yatmamaq miopiya üçün risk amili ola bilər. Qeyd olunur ki, bu araşdırma noçnikin birbaşa səbəbkar olduğunu sübut etmir, lakin potensial təhlükə olduğu bildirilir. /Lent.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1384   Tarix: 15 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

kosmetika mehsullari kosmetik vasiteler yaz geyimleri 2026 sufle hazirlanmasi tutmalar gəlinliklər qadın geyimi kosmetika toy gecesı bayraq penis novruz bayramina aid hakista bürcler