Uşaqlığın mioması

Uşaqlığın miomasıUşaqlığın mioması hormondan asılı olan, uşaqlığın əzələ qişasından və birləşdirici toxuma elementlərindən inkişaf edən xoşxassəli şişdir. Qadın xəstəlikləri arasında uşaqlığın mioması qadın cinsiyyət üzvlərinin iltihabi xəstliklərindən sonra ikinci yeri tutur. Şişin morfoloji quruluşundan, onun tərkibində olan əzələ və birləşdirici toxuma elementlərinin nisbətindən asılı olaraq uşaqlığın miomasını fibroma yaxud fibromioma da adlandırırlar.
Etiologiyası:
Etiologiyası tibbə tam aydın deyil. Lakin xəstəliyin inkişafında steroid hormonların böyük rol oynadığı qeyd olunur. Uşaqlığlın hormonu olan esterogenin metobolik çevrilməsinin pozulması, eləcə də esterogenin fraksiyalarının nisbətən dəyişməsi uşaqlığın selikli qişasında morfoloji dəyişikliyə səbəb olur. Esterogenlərin təsiri nəticəsində miometriumun saya əzələ hüceyrələrinin hipertrofiyasının baş verməsi nəticəsində miometriumun kütləsi böyüyür. Uşaqlığın digər hormonu progesteron da endometriumu stimulyasiya edir. Bu hormonların patoloji təsir mexanizminin miomanın inkişafında rolu olduğu söylənilir. Miomanın inkişafı və böyüməsi uşaqlığın reseptor aparatının vəziyyətindən asılıdır. Yumurtalıqların funksiyasının dəyişməsi də uşaqlığın miomasının patogenezində əsas rol oynayır. Mioması olan xəstələrin 60% hallarda yumurtalıqlarında da kistoz dəyişikliklər baş verir.
Miomanın inkişafında əsas rol oynayan risk amilləri arasında ilk aybaşının gec və çox olması, tibbi abortların tezliyinin yüksək olması, qadın cinsiyyət üzvlərinin xroniki iltihabi xəstəlikləri durur. Xəstəliyin baş verməsində irsi amillərin də rolunun böyük olduğu qeyd edilir.
Diaqnozu:
Diaqnozun qoyulmasında əsas rol USM, KT və ginekoloji müayinə üsulları böyük rol oynayır.
Müalicə şişin ölçüsündən, xəstəliyin gedişatından, xəstəyə təsir dərəcəsindən asılı olaraq konservativ və cərrahi üsulla aparılar bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1243   Tarix: 09 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

sade makiyaj sekilleri geyim seçimi qadin dunyasi arıqlamaq dietası qirmizi uzun donlar badimcan tursusu hazirlanmasi sağlamlıq xəbərləri kosmetika oğlaq turpun nağlı xerçeng toyuq salati vetene aid bayatilar