Uşaqlıq boynu xərçənginin RİSK FAKTORLARI
Xanim.az saglamolun.az-a istinadən ginekoloq-reproduktoloq Gülzar Qasımovanın yazısını təqdim edir.
Uşaqlıq boynu xərçəngi dünyada yayılmış xəstəliklərdən biridir.
Xəstəlik ən çox 30-55 yaşlarında olan qadınlar arasında təsadüf edilir.
Hal hazırda xəstəliyin yaranmasında Herpes virusunun və İnsan Papilloması Virusunun rolu təsdiqlənib. Lakin bunlar tək risk faktoru deyil.
Bütövlükdə infeksion xəstəliklər daxili cinsiyyət orqanlarının vəziyyətinə neqativ təsir edir. Bu səbəbdən aşkarlanan bütün xəstəliklər müalicə olunmalı və həmçinin mütləq requlyar olaraq tibbi müayinədən keçirməlidir.
Trixomonad infeksiyası da xüsusi neqativ rol oynayır. Məhz bu xəstəlik çox vaxt Herpes virusu ilə yanaşı gedir.
Uşaqlıq boynunun xərçəngi və xərçəngönü vəziyyətinin etioloji yaranma səbəbləri arasında xroniki iltihabi prosesləri, xüsusilə də onlar degenerativ deyişikliklərlə fəsadlaşıbsa, qeyd etmək lazımdır.
Xərçəngin yaranma riski hormonal problemlər olduqda da yüksəlir, xüsusilə də bu estradiola aiddir.
Qadın sağlamlığına həmçinin erkən cinsi əlaqələr də neqativ təsir edir (16 yaşdan kiçik).
Uşaqlıq boynunun travmatik zədələnməsi də təhlükəli hesab edilir. Bu hal əsasən çətin doğuşlar zamanı, ancaq daha çox çoxsaylı abortlardan sonra yaranır. Toxumaların trofika və innervasiyası pozulur, patoloji dəyişikliklərə gətirib çıxarır və xərçəngin yaranma riskini yüksəldir.
İrsiyyət də böyük rol oynayır, bu zaman riskin 1,6 dəfə yüksək olduğu hesab edilir.
Qadınlara məsləhətim - imkan daxilində 6 aydan bir ginekoloq müayinəsindən keçsinlər!









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu
Nuranın "Avroviziya" arzusu
Siqaretdən 10 qat daha zərərli: Hər evdə var
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
Böyrək çatışmazlığına səbəb olan 6 QİDA
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq