Uşaqlıqdan kənar hamiləlik

Uşaqlıqdan kənar hamiləlikÜmumi məlumat:
Yumurtahüceyrə spermatozoidlə mayalandıqdan sonra uşaqlığa düşür və onun divarına bitişir ki, burada da dölün inkişafı baş verir. Uşaqlıqdan kənar Hamiləlikdə mayalanmış yumurtahüceyrə uşaqlıq borusuna bitişir, nadir hallarda bu proses yumurtalıqda, bəzən isə qarın boşluğunda baş verir. Ən çox 25 - 30 yaşlarda rast gəlinir.
Səbəbləri:
-uşaqlıq borularında iltihab, bu zaman onun divarı normadan fərqli olaraq yığılmır, buna görə də mayalanmış yumurtahüceyrə uşaqlığa keçə bilmir. Ən çox rast gəlinən səbəbi budur:
- qarındakı bitişmələr - yumurtalıq boruları qonşu orqanlara bitişir, bu da yumurtahüceyrənin hərəkətinə mane olur.
- hormonal və iltihabi xəstəliklər zamanı yumurtalıqların işinin pozuıması
- cinsiyyət sisteminin inkişafdan qalması, bu da yumurtalıqların funksiyalarını zəiflədir
- tez-tez baş verən abortlar
- uşaqlıq borularının endometriozu - uşaqlığın selikli qişası pozulur, buna görə də usaqlıq borularının mənfəzi tutulur, bu da onların keçiriciliyini pozur
- uşaqlıq və uşaqlıq borularının şişləri
- bağırsaqların, sidik kisəsinin, appendiksin iltihabı
Əlamətləri:
Bu zaman hamiləliyə xas əlamətlər baş verir, lakin 5-6 həftədən çox çəkmir. Aybaşı dayanır, süd vəziləri böyüyür, onlarda molozivo xaric olur, ürəkbulanma, qusma olur. Hamiləlik testi müsbət olur. Normal hamiləlikdən fərqləndirmək çox çətindir, ancaq ginekoloq müayinə zamanı aşkar edə bilər.
Ağırlaşmaları:
Əsas ağırlaşması hamiləliyin özbaşına kəsilməsidir. Bu vəziyyət qəflətən baş verir, qadının vəziyyəti birdən pisləşir, onun ölümünə səbəb ola bilər. Ən təhlükəli variant uşaqlıq borusunun partlamasıdır ki, bu da çox vaxt defekasiya, fiziki iş zamanı baş verə bilər. Bu zaman qadın qarnın aşağı hissəsində güclü ağrı hiss edir, dərisi solğunlaşır, onu soyuq tər basır. Arterial təzyiq aşağı düşür, çoxlu qan itirmədən qadın huşunu itirir. Boru abortunda boru partlayır, qadınlarda tutma şəkilli ağrılar, uşaqlıq yoluna az miqdar qanaxmalar olur. Bunun nəticəsində tədricən uşaqlığa qan toplanır, bu da qadının solğunlaşmasına, zəifliyinə gətirib çıxarır.
Siz nə edə bilərsiniz:
Sərbəst müəyyən edə biməzsiniz. Əgər test müsbətdirsə mütləq Həkimə müraciət edin.
Həkim nə edə bilər:
Müalicəsi ancaq cərrahi yolladır. Diaqnoz USM vasitəsilə aşkar edilir. Xəstə dərhal stasionara yerləşdirilir və əməliyyata hazırlanır. Əməliyyat bu zaman təxirəsalınmaz, 30-40 dəqiqə müddətində aparılır, bu zaman uşaqlıq borusu tamamilə aradan götürülür. Bu zaman qadına qan və qanəvəzedicilər köçürülür.
Proqnozu:
Əməliyyat vaxtında aparılarsa yaxşıdır. Demək olar ki, qadınlarin yarısndan çoxunda iltihab baş verərsə təkrar bu hala rast gəlmək olar. Buna görə də də ginekoloq reabilitasiya müalicəsi təyin edir:
- Əməliyyatdan 5 gün sonra uşaqlıqdan məhlullar yeridilərək uşaqlıq boruları yuyulur. Kurs müalicə 2 həftə çəkir, ultrasəslə müalicə aparılır
- 2, sonra 3 - 4 ay sonra kurs təkrarlanır, induktotermiya, fermentlər, biostimulyatorlar təyin olunur
- Sonra isə ozokeritlə, müalicəvi palçıqla müalicə sona çatdırılır
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1390   Tarix: 08 avqust 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

sade makiyaj sekilleri geyim seçimi qadin dunyasi arıqlamaq dietası qirmizi uzun donlar badimcan tursusu hazirlanmasi sağlamlıq xəbərləri kosmetika oğlaq turpun nağlı xerçeng toyuq salati vetene aid bayatilar