ÜST 2 ölkədə fövqəladə vəziyyət elan etdi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikası və Uqandada yayılan Ebola epidemiyasını beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təşkilatın baş direktoru üzv dövlətlərlə aparılan məsləhətləşmələrdən sonra "Bundibuqio" virusunun törətdiyi xəstəliklə bağlı müvafiq qərar qəbul edib.
ÜST rəsmiləri mövcud vəziyyətin pandemiya olmadığını, lakin ictimai səhiyyə sahəsində qlobal fövqəladə hal meyarlarına cavab verdiyini vurğulayıblar.
Son məlumatlara görə, Konqo Demokratik Respublikasının üç rayonunda epidemiya səbəbindən 80 şübhəli ölüm hadisəsi və 246 yoluxma halı qeydə alınıb. Onlardan 8-i laboratoriya şəraitində tam təsdiqlənib. Qonşu Uqandada isə virusa 2 yoluxma faktı aşkarlanıb ki, onlardan da biri ölümlə nəticələnib.
Hazırda regionda virusun daha geniş ərazilərə yayılmasının qarşısını almaq üçün tədbirlər gücləndirilir.
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO