ÜST qorxulu hesabat yaydı: 249 milyon insan

ÜST qorxulu hesabat yaydı: 249 milyon insanÜST "2023-cü il Dünya Malyariya Hesabatı"nı açıqlayıb. Hesabatda deyilir ki, uşaqlarda və hamilə qadınlarda malyariya xəstəliyinin qarşısının alınmasında irəliləyişlərə və dərmanlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlara baxmayaraq, daha çox insan malyariyaya yoluxur.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, 2022-ci ildə dünyada təxminən 249 milyon insan malyariyaya yoluxduğu qeyd olunub. Hesabatda isti dalğalar və daşqınlar kimi ekstremal hava hadisələrinin də ötürülmə və xəstəlik yükünə birbaşa təsir edə biləcəyi qeyd edilib. 2022-ci ildə Pakistanda baş verən daşqınlarınsa ölkədə malyariya hallarının 5 qat artmasına səbəb olduğu vurğulanıb.
COVİD-19 epidemiyasının da malyariya xidmətlərini əhəmiyyətli dərəcədə zəiflətdiyi vurğulanıb və pandemiya prosesinin həm xəstəliyə, həm də ölüm hallarının artmasına səbəb olduğu, həmçinin xəstəliyə qarşı mübarizəyə mənfi təsir göstərdiyi bildirilib. Ən böyük artımın Pakistan, Efiopiya, Nigeriya, Papua Yeni Qvineya və Uqandada olduğu qeyd edilib. Həmçinin ÜST malyariya riski olan uşaqlarda xəstəliyin qarşısını almaq üçün R21/Matrix-M adlı ikinci peyvəndi tövsiyə edib.
"Xəstəlik yükünün az olduğu bir çox ölkələrdə malyariya xəstəliyinin aradan qaldırılması istiqamətində irəliləyiş əldə olunub. 2022-ci ildə 34 ölkədə 1000-dən az malyariya yoluxması qeydə alınıb, halbuki 2000-ci ildə bu rəqəm 13 idi. Təkcə bu il Azərbaycan, Belize və Tacikistan ÜST tərəfindən malyariyadan arınmasına dair sertifikat alıblar", - hesabatda deyilir.
Hesabatda malyariya ilə mübarizədə artan qaynaqlar, gücləndirilmiş siyasi qətiyyət, məlumatlara əsaslanan strategiyalar və yenilikçi vasitələrlə mühüm dönüş nöqtəsinə ehtiyac olduğu da bildirilib və bu mübarizədə iqlim dəyişikliyi təhlükəsinə biganə qalmamağa dair çağırışlar səsləndirilib.
ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus isə qeyd edib ki, dəyişən iqlim şəraiti xüsusilə həssas bölgələrdə malyariya ilə mübarizədə irəliləyiş üçün əhəmiyyətli risk yaradır:
"Qlobal istiləşmənin sürətini azaltmaq və təsirlərini yumşaltmaq üçün təcili tədbirlərlə yanaşı, davamlı və dayanıqlı antimalyariya müdaxilələrinə indi həmişəkindən daha çox ehtiyac var".
Milli.Az

Xəbərlər     Baxılıb: 1312   Tarix: 02 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

gözəllik məhsulları geyim necə seçməli toy makiyaji sekilleri qonaq otagi dizaynlari soda maskasi nişan və evlilik sinir sistemi kosmetika birlik faydalı məsləhətlər sac modelleri cantalar sağlamlığın sirleri