Üzərimdə "yetim", "kasıb", "nəzarətsiz', "valideynsiz", "doğmalarsız" adı olub' - Afaq Bəşirqızı
Xalq artisti Afaq Bəşirqızı qonaq olduğu "O" verilişində çox maraqlı açıqlamalar verib.
Aktrisa uşaq vaxtı yaşadığı acıların sonradan onda ağır xəstəliklərə çevrildiyini bildirib.
"Anadan olan günün səhərisi anamı, 12 yaşımda atamı itirmişəm. Doğmalarımın hamısı ögeylik edib, mənimlə münasibət qurmayıblar. Məni heç kim bəyənməyib. Müəyyən yaşa və zamana qədər üzərimdə "yetim", "kasıb", "nəzarətsiz", "valideynsiz", "doğmalarsız" adı olub", - deyən aktrisa əlavə edib ki, həyat ona çox çətinlik yaşadıb.
"Artroz xəstəliyinin çox ağır formasına tutuldum. İki dəfə ürəyin açıq əməliyyatını keçirmişəm. Sonra xərçəng xəstəliyi nəticəsində bədən üzvlərinin yarısının olmaması. Bunların hamısı həyatın verdiyi suallara orqanizmimin verdiyi cavab oldu. Məcburiyyətdən, qorxudan başladım həyata yaltaqlanmağa. Çünki mənim hər mənada diqqətimlə dolananlar var", - o bildirib.
lent.az









Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir