Uzun müddət oturmağın beyin sağlamlığına təsiri ÜZƏ ÇIXDI
Uzun müddət oturmaq beyin sağlamlığına ciddi təsir göstərə bilər.
Milli.Az xəbər verir ki, "PLOS One" jurnalında dərc edilən nəticələrə görə, gündə 8 saat və ya daha çox oturan insanlarda "Dementia" riski təxminən üçdə bir qədər artır. Ümumilikdə isə uzun müddət hərəkətsiz qalmaq demensiya ehtimalını 27 faiz yüksəldir.
Araşdırmada 35 yaşdan yuxarı şəxslərin məlumatları təhlil olunub və əvvəlki 69 elmi tədqiqatın nəticələri nəzərdən keçirilib.
Mütəxəssislər qeyd edirlər ki, müntəzəm fiziki aktivlik bu riski əhəmiyyətli dərəcədə azalda bilər. Belə ki, idmanla məşğul olan insanlarda demensiya ehtimalı 25 faiz daha aşağıdır.
Bundan əlavə, gündə 7 saatdan az yatmağın da risk faktorlarından biri olduğu vurğulanır - bu halda demensiya riski 18 faiz artır.
Tədqiqata rəhbərlik edən Akinkunle Oye-Somefun bildirib ki, fiziki aktivlik və keyfiyyətli yuxu yalnız gündəlik enerji səviyyəsinə deyil, həm də uzunmüddətli beyin sağlamlığına birbaşa təsir göstərir.
Mütəxəssislər daha sağlam həyat üçün hərəkətli həyat tərzi və kifayət qədər yuxunu əsas şərtlərdən biri kimi tövsiyə edirlər.
Fidan
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Ceki Çan və Devid Bekhem Çində bir arada
"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib