Uzun müddət zəif işıqda vaxt keçirmək beynə zərərlidir
Uzun müddət zəif işıqda vaxt keçirmək beynin quruluşunu dəyişdirə bilər, öyrənmə və xatırlama qabiliyyətinə də zərər verə bilər.
Miçiqan Universitetinin neyro-alimləri apardıqları araşdırma ilə belə bir nəticəyə gəliblər. Alimlər insanlar kimi gecə-gündüz oyaq olub gecə yatan Nil çöl siçanlarını iki qrupa ayırıb apardıqları araşdırmada, siçanların bir hissəsini dörd həftə ərzində zəif, digər hissəsini isə gur işığa məruz qoyublar.
Zəif işığa məruz qalan siçanların beyinlərində, öyrənmə və yaddaşla əlaqəli hipokampus hissəsində 30% ətrafında güc itkisi müşahidə edilib. Heyvanları əvvəlcədən öyrədilmiş məkanla bağlı vəzifələrini yerinə yetirməkdə çətinlik çəkdikləri müşahidə olunub.
Alimlər digər tərəfdən, gur işığa məruz qalan siçanların bu vəzifədə diqqətlərinin inkişaf etdiyini müşahidə ediblər.
Uzun müddət qaranlıq işıqda saxlanılan siçanlar daha sonra bir ay ərzində gur işıqlı mühitdə saxlanılıb və bu müddətin sonunda siçanların beyin qabiliyyətlərinin tamamilə sağaldığı müşahidə olunub.
Araşdırmanı aparan alimlərdən Joel Solar belə bir açıqlama ilə çıxış edib: "Zəif işıq hipokampusda neyronların və sağlam əlaqələrin davamlılığına kömək edən bir peptidin azalmasına səbəb olur".
Milli.Az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
İşdə nə edək ki, daha az yorulaq
Çılpaq yatmağın faydaları
Sağlam qaraciyər üçün qəhvə için
Enerji içkisi sevənlər oxusun
Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR
Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər