Uzun zamandır xərçəngdən əziyyət çəkən əməkdar artistimizdən XƏBƏR VAR - "Həyat yoldaşım "

Əməkdar artist Kəmalə Müzəffərin Milli.Az-a müsahibəsi.

- Kəmalə xanım, bu günlərdə yenidən Space televiziyasında aparıcı kimi fəaliyyətə başladınız. Nə vaxta kimi aparıcı olaraq çalışacaqsınız?

- Bəli, Space TV-nin direktoru Vaqif Mustafayev məni telekanala dəvət edərək "Hər səhər" və hər bazar efirə gedən "Bazar günü istəkləri" verilişlərinin aparıcılığını həvalə etdi. Mən də böyük məmnuniyyətlə razılıq verdim. Mən bir müddət öncə də "Hər səhər" verilişinin aparıcılığını edirdim. Sadəcə olaraq belə anlaşmışdım ki, mən sentyabra kimi verilişi aparacağam və teatrdakı işlərimə görə gedəcəyəm.

- Aktrisanın teleaparıcılıq etməsinə münasibətiniz necədir?

- Aktrisanın yeri ilk öncə teatrdır, sonra çəkiliş meydançası. Biz teatrda qazandığımızı çəkiliş meydançasında yavaş-yavaş xərcləyirik. Bir aktrisa oxuya bilirsə, rəqs edə bilirsə, deməli o çoxşaxəli aktyordur. Bu onun istedadının rəngarəng olduğundan xəbər verir. Zaman-zaman mən dublyajla da məşğul olmuşam, oxumağı da bacarıram. Aparıcılıq mənə daha yaxındır, bu başqa Kəmalədir, özüm deyiləm. Ümumiyyətlə mən deyib-gülməyi sevmirəm, amma aparıcı olduğuma görə buna məcburam. İçimdə yüzlərlə Kəmalə var, bu da aparıcı Kəmalədir.

- Hər bir rejissorun film və seriallarına çəkmək istədiyi bir aktrisasınız. Sizdə nəsə bir fərqlilik var?

- Mən gecə-gündüz çalışan biriyəm. Öz üzərimdə dayanmadan işləyən insanam. Gecələr elə olur ki, 5 saat yatıram. Ümumiyyətlə yoruldum demədən işləyirəm. Oynadığım rol nə qədər sevilsə və uğur gətirsə də mən fikirləşirəm ki, bu hələ ən zəifidir. Bu sualı rejissorlara versəniz, daha düzgün olar. Bu sualın cavabı məndə yoxdur. Bir aktrisa kimi çalışmışam ki, mənlə işləyən rejissorların başlarını aşağı etməyim, etməmişəm də.

- Bəs eyni münasibəti qarşı tərəfdən görmüsünüz?

- Təbii ki, hörmət həmişə qarşılıqlı olub. Rejssor olmur kim olur -olsun, qarşımdakı mənə hörmət etmirsə, etməsin. Demək onun həyatdan ala biləcəyi yalnız hörmətsizlik olub. Onun həyata verə biləcəyi də hörmətsizlikdir. Ondan başqa şey gözləmək olmaz. Mən heç kimdən incimirəm.

- Kəmalə xanım, bir çox həmkarlarınız müsahibələrində sizin "Vicdan haqqı" serialına yenidən qayıtmağınıza dair ümidli müsahibələr verib. Həqiqətənmi seriala yenidən qayıdırsınız?

- Sözün düzü, onların bu müsahibələrindən xəbərim yoxdur. Nə o həmkarlar, nə də başqa bir həmkar mənim adımı çəkə bilməz. Çünki onlar mənim kim olduğumu yaxşı bilirlər və hansı xüsusiyyətə malik olduğumu da bilirlər. Onlar yəqin obrazın adını çəkiblər.

- Sizcə tamaşaçılar Dilarəni unudublar?

- Onu tamaşaçılardan soruşmaq lazımdır.

- Mən bilirəm ki, sizdən Dilarənin taleyini soruşanlar hədsiz çoxdur. Bir müddət öncə hətta sosial şəbəkədəki səhifələrinizi belə bağlamışdınız. Hələ də İnstagram səhifələri paylaşır və Dilarənin seriala qayıtmağına onlar da ümid edirlər. Deməli unutmayıblar. Özünüzə qarşı edilən pisliyi unudursunuz?

- Kimsə mənə pislik edəndə əksinə mən həmin insanlara daha çox sevgim artır. Mənə pislik edən şəxs mənə olunacaq yaxşılığa yol açır. Mən həmin adamlara təşəkkür edirəm.

- Həyatınıza sıfırdan başladığınız anlar olub?

- Elə olub ki, hər şeyi yenidən başlamaq arzusunda olmuşam. Amma çox vaxt istədiyin zamanda, istədiyin məkanda bu mümkün olmur. Belə bir hallar həyatım boyu 3 dəfə olub. Olanları dondurub, başqa bir yola keçib yoluma davam etmişəm. Sadəcə hər dəfə kimsə məni yerə vuranda, qalxaraq həmin insana gülümsəyib yoluma davam etmişəm. Çətin ayağa qalxa biləcəyim məqamlar olub. Fikirləşmişəm ki, bu dəfə ayağa qalxa bilməyəcəm, məhv olacağam. Amma ayağa qalxmışam da, yerimişəm də, öz ayaqlarım üstündə möhkəm dayanmışam da.

- Kimlər sizə zərbə vurub? Olmaya eyni rolu bölüşdüyünüz dublyorlarınız?

- Siz özünüz də bilirsiniz ki, mənim teatrda heç vaxt dublyorum olmayıb. Həmkarlarımdan belə bir zərbə almamışam. Sadəcə olaraq çətin anlar haqqında danışmaq istəmirəm, mən bir kitab bağladımsa bağlayıram, onu bir daha açmıram.

- Olmaya siz də dublyoru qəbul etməyən aktrisalardansınız?

- Xeyr, rejissorlar özləri mənə heç vaxt dublyor verməyiblər. Dublyoru sevməyənlər var, amma bilmirəm niyə? Mən Nicat Kazımovdan bir neçə ildir xahiş edirəm ki, "Pəri Cadu" tamaşasında mənə dublyor versin. O da deyir ki, xeyr, ya tamaşanı bağlayacağam, ya da sən özün oynayacaqsan. Mən böyük məmnuniyyətlə o rolu başqa aktrisa ilə bölüşərdim.

- Əslində dublyorun olması yaxşı xüsusiyyətdir. Bəzən aktrisa ağır xəstələnə bilər, onu mütləq səhnədə əvəz edən digər bir aktrisa-dublyor olmalıdır.

- Həyatım boyu heç vaxt olmayıb ki, teatra gəlməyim. Elə vaxt olub ki, atam rəhmətə gedib, cümə axşamından çıxıb gedib tamaşa oynamışam.

- Ailəniz tamaşalara gəlib baxır?

- Bəli, gəlib baxırlar və hətta yoldaşım tənqidi fikirlərini də deyir.

- Olanlara görə nə vaxtsa özünüzü qınamısınız?

- Tək olanlara görə yox, başıma nə gəlirsə-gəlsin özümü qınayıram. Fikirləşirəm ki, bu insan mənə yalan danışıb, arxadan məni vurub. Mən ona niyə inanırdım ki? Nə olur-olsun qınaq özümədir.
Uzun zamandır xərçəngdən əziyyət çəkən əməkdar artistimizdən XƏBƏR VAR - "Həyat yoldaşım "Uzun zamandır xərçəngdən əziyyət çəkən əməkdar artistimizdən XƏBƏR VAR - "Həyat yoldaşım "Uzun zamandır xərçəngdən əziyyət çəkən əməkdar artistimizdən XƏBƏR VAR - "Həyat yoldaşım "

Xəbərlər     Baxılıb: 7328   Tarix: 13 iyun 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

turlar.az

gelinlikler geymler 2026 qaşların formalari qaragatin faydasi gözəllik və makiyaj dogum cantasinda ne olmalidir qazan kotleti hazirlanmasi kosmetika toy gecesı banan ziyafet geyimleri birlik haqqinda sperma