Uzunömürlülüyün ən yaxşı vasitələrindən biri

Uzunömürlülüyün ən yaxşı vasitələrindən biriAlimlər tədqiqat apararaq zeytun yağının uzunömürlülük üçün ən yaxşı təbii vasitələrdən biri olduğunu müəyyən ediblər. Bu yağdan istifadə immun sistemini möhkəmləndirərək onu mikroorqanizmlər, bakteriyalar və ya viruslar tərəfindən edilən daxili hücumlardan qoruyur. Elmi mütəxəssislər bildiriblər ki, bu, uzunömürlülüyün artmasına şərait yaradır.
"Science Direct" jurnalından dərc olunan tədqiqatın nəticələrinə görə, zeytun yağı xərçəngin əmələ gəlməsi riskini azaldan, ürəyin sağlamlığını dəstəkləyən, uzunömürlülüyü artıran ərzaqdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatın müəllifləri Aralıq dənizi pəhrizi çərçivəsində istifadə edilən bu yağın sağlamlığa və üzünömürlülüyə meyilliyini öyrəniblər.
Tədqiqatın aparıcı müəllifi Duq Maşek deyib: "Bir çox tədqiqatlar göstərib ki, Aralıq dənizi pəhrizi sağlamlığa xeyli fayda gətirə bilər. Uzunömürlülüyün artırılması da buraya aid edilir. Pəhrizin əsas inqrediyenti zeytun yağıdır. Məhz bu təsirin başlıca izahı da zeytun yağı ola bilər.
Alimin sözlərinə görə, güclü yaxşılaşma effekti zeytun yağının tərkibində olan yağın növü ilə izah edilir. Onun əsasını monodoymamış yağ turşuları, ilk növbədə, olein turşusu təşkil edir. Onlar kifayət qədər axıcılıq xassəsinə malikdirlər, lakin saxlananda və yemək bişirilərkən istifadədə az turşulaşırlar, günəbaxan yağının turşularını buna misal göstərmək olar. Uzun ömürlü heyvanlar üzərində aparılan sınaqlar göstərib ki, onların hüceyrələrindəki membranlarda məhz monodoymamış yağ turşuları üstünlük təşkil edir və onların sayəsində qocalma prosesində orqanlar daha az zərər çəkir.
"Birinci sıxma zeytun yağı uzunömürlülüyü artırmaya qadir olan bütöv maddələr toplusuna malikdir, olein turşusu ilə yanaşı, bunlar beta-sitosterol, E və K1 vitaminləri, hidroksitirozol, oleokantal, eritrodioldur. Siçovullar üzərində sınaq aparıldığı zaman onlara zeytun yağı verilərkən bu gəmiricilər daha çox yaşayıblar", - deyə mütəxəssislər bu barədə fikirlərini bölüşüblər.
Mütəxəssislər hər gün iki xörək qaşığı keyfiyyətli birinci soyuq sıxma zeytun yağından qəbul etməyi məsləhət görürlər. Onlar təsdiqləyirlər ki, belə praktika arteriyaların elastikliyini artırır, damarlardakı yüklülüyü azaltmaqla ürək-damar xəstəlikləri riskini aşağı salır, həmçinin xərçəng hüceyrələrinin inkişafının qarşısını alır.
Həkimlər bildirirlər ki, zeytun yağının tərkibində olan oleokantal və fitonutriyent iltihabı azaldan ibuprofen effekti yaradır. Bu da döş xərçəngi və onun yenidən əmələ gəlməsi riskini azaldır. Həmçinin bu yağın tromb əmələ gəlməsinin və trombositlərin bir-biri ilə birləşməsinin qarşısını alması aşkar edilib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1260   Tarix: 04 sentyabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

toy makiyaji sekilleri yaz geyimleri 2026 gelinlikler kombinler 2026 yay yoğun bağırsaq xəstəlikləri viktoriya sekret zeytun mürəbbəsi kosmetika sağlamlığa aid atalar sözləri lakonizm kəlamlar gulmeli hakista vidyolar