"Uzunömürlülüyün sirri gec evlənməkdir" - 104 yaşlı pensiyaçı

Azərbaycanın hazırda ən yaşlı kişi pensiyaçısının 104 yaşı var. Tovuz rayonunun Ağdam sakini olan Hacıyev Fərrux Səməd oğlu 1 yanvar 1920-ci ildəndir.
"Milli.Az" Azvision.az-a istinadən xəbər verir ki, atası haqqında danışan Qasım Hacıyev ailədə 4 uşaq - 3 oğlan, 1 qız olduqlarını bildirib.
O deyib ki, Fərrux kişinin ən böyük övladının 64, ən kiçiyinin isə 56 yaşı var. Balaca oğlu I Qarabağ müharibəsində iştirak edib, I qrup əlildir.
Qasım Hacıyev qeyd edib ki, yaşla əlaqədar atasının yaddaşı zəifləyib və keçmişi getdikcə unudur:
"Koronavirusa qarşı iynə vurulandan sonra ayaqları da tutulub. Sadəcə gəzməyi sevdiyi üçün yataqda qalmır, çətin də olsa çəliklə bağa düşüb, gəzir, hərəkət etməyə çalışır. Gözləri də zəifləyib, övladlarını, nəvələrini səslərindən tanıyır. Bacımla, qardaşım Sumqayıtda yaşayır, 2-3 ay qışda gedib, onların yanında qalır. Amma mart ayında artıq deyir ki, "burada sanki həbsdəyəm, kəndə qayıtmaq istəyirəm".
Fərrux dayının 6 nəvəsi, 5 nəticəsi var. Qasım Hacıyev nəvə-nəticəsinin sayının az olmasını həm atasının, həm də onların gec ailə qurması ilə əlaqəli olduğunu deyib:
"Atamgilin nəsli uzunömürlüdür. Uzunömürlü olmalarının bir sirri isə gec ailə qurmalarıdır. Deyir ki, atası, babası da ona məsləhət edibmiş ki, "gec ailə qur, uzun ömür sür". Atamın gec ailə qurmasının digər səbəbi isə II Dünya Müharibəsi olub. Atam danışırdı ki, qardaşı 1939-cu ildə Rusiya-Finlandiya müharibəsinə aparılıb. 1941-ci ildə evə təzə gəlmişdi ki, kənd soveti gəlib qardaşını anasının əlindən alıb. Anası nə qədər yalvarıb ki, bir gün də qalsın, qoymayıblar. Qardaşı müharibədən qayıtmadı. Anası isə onun da getməməsi üçün qaçaqlıq etməyini bildirib. Özünün danışdığına görə bir gün çayda iki kənd uşağı ilə çimirmiş, görüb uzaqdan kimsə gəlir, qaçıb kolda gizlənib. Həmin adam iki gənci müharibəyə aparıb. Onlardan biri qayıdıb, digəri isə yox. Atam da Bakıya gəlib işləyib, fermalarda çobanlıq edib. Qaçaqçılıq adı üstündən götürləndən sonra Tovuza qayıdıb evlənib.
Atam kimi bizim də gəncliyimiz Qarabağ müharibəsinə düşüb. Məlumdur ki, Ağdam kəndi Ermənistanla sərhəddir və daim atəş altındadır. Biz burada sanki həbsdəydik. Ağdamda sanki hər şey, həyat ləngiyirdi. Buna görə bizlər də gec ailə qurduq".
Oğlunun sözlərinə görə Fərrux dayının uzunömürlülüyünün digər sirri hər şeyi yeməməsidir: "Atam bostanda bitən tərəvəzləri, həyətdə böydülən toyuqları yeyər. O indiyə qədər yarımfabrikat məhsullar, broyler toyuq, kolbasa, sosiska yeməyib. Spirtli içkilər içmir. Yalnız evdə bağlanan kompot və çay içir".
Milli.Az

Xəbərlər     Baxılıb: 941   Tarix: 23 yanvar 2024
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

turlar.az

qadin sayti hamilelikde qidalanma sac duzumleri resept salatlarin bezedilmesi bədənə qulluq ataya aid atalar sozleri kosmetika vetene aid bayati vetene aid bayatilar novruza aid hakista birlik haqqinda rus dilini öyrənək