VACİB XƏBƏR! ANS telekanalı 10 günə...

VACİB XƏBƏR! ANS telekanalı 10 günə...AMEA-nın Zoologiya İnstitutu fəaliyyəti dayandırılmış ANS teleşirkətinə əmlakını hazırda yerləşdiyi binadan çıxarmaq üçün martın 23-dək vaxt vermişdi. Xəbərdarlığa baxmayaraq, ANS teleşirkəti hələ də ərazini tərk etməyib.

Zoologiya İnstitutunun direktoru Elman Yusifov açıqlamasında məsələnin artıq öz məcrasından çıxdığını deyib.

"ANS rəhbərliyi hələ də bizim ərazini tərk etməyib. İş ondadır ki, telefonlarımıza da cavab vermirlər ki, məsələnin nə yerdə qaldığını dəqiqləşdirə bilək. ANS rəhbərliyinin gətirdiyi bəhanələr çoxdan qurtarıb. Əvvəllər 2 həftədən bir olsa da, telefon əlaqələri mümkün olurdu. İndi isə çox absurd situasiya yaranıb. "Elm haqqında" Qanuna görə yeni təsdiqlənmiş nizamnaməmiz var. Artıq ərazimizi icarəyə də verə bilərik. Qanun çərçivəsində sahibkarlıq fəaliyyəti də göstərə bilərik. Zoologiya mərkəzi yaratmışıq. Digər işlər də həyata keçirə bilərik. Amma qarşı tərəf ərazini boşaltmaqla bağlı heç bir təşəbbüs göstərmir. Heç nə başa düşmürük. Əmlaklarını götürüb getmirlər ki, işimizi bilək".

İnstitut direktoru deyir ki, yaxın vaxtlarda ANS-ə rəsmi məktub yazılacaq.

"Səbrin də bir limiti var. Düşünürəm ki, 10 gün də dözək, sonra əməli işə keçmək olar. 10 gündən sonra rəsmi məktub yazacağıq. Güman ki, onların ev ünvanları var. Ev ünvanlarına bildiriş yazıb göndərəcəyik ki, 10 gün ərzində gəlib əşyalarını götürüb getsinlər. Əgər getməsələr, bələdiyyənin, sahə müvəkkilinin iştirakı ilə qapılar açıb ANS-in əşyalarını bayıra çıxaracaq, sonra da qapıları özümüz bağlayacağıq. Başqa variantımız yoxdur".

Xatırladaq ki, telekanalın qapadılmasına səbəb ötən ilin iyununda Türkiyədə baş verən hərbi çevrilişə cəhd hadisələrindən sonra ANS əməkdaşının bu olaylara rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Gülənin ABŞ-da keçirdiyi mətbuat konfransında iştirak etməsi olub.
Müsahibədən sonra "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən, televiziya vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verildiyi üçün ANS-in fəaliyyəti dayandırıldı. Milli Televiziya və Radio Şurası (MTRŞ) 2016-cı il iyulun 18-də "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımının dayandırılması barədə qərar qəbul edib. MTRŞ öz qərarını Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə Azərbaycan Baş Prokurorluğunun müraciətinə əsasən qəbul etdiyini bildirib. MTRŞ həmçinin, ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.

O vaxtdan ANS-in yerləşdiyi binanın giriş qapısı bağlanıb, möhürlənib. Əraziyə polis əməkdaşları nəzarət edir.

Mənbə: modern.az

Xəbərlər     Baxılıb: 2661   Tarix: 18 aprel 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Gen terapiyası ilə çox yaşamaq mümkündür?

Dr. Syuell gen terapiyasını belə izah edir: "Problemin yaranmasına icazə verib sonra onun fəsadları ilə mübarizə aparmaq əvəzinə, problemin ən başdan yaranmasının qarşısını alırıq". Onun fikrincə, gen terapiyas

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

turlar.az

kosmetoloq kosmetika mehsullari gozel gorunmek aksesuar uşaq psixologiyası bizim məşhurlar testosteron nədir kosmetika bedii edebiyyat muellim seiri buga burcu balıq laylalar