Vaginal qaşınmanın səbəbləri və müalicəsi

Vaginal qaşınmanın səbəbləri və müalicəsiVaginal qaşınma uşaqlıq yolunu əhatə edən dəridə sancma və zəif ağrı hissi ilə müşayət edilən bir narahatçılıqdır. Uşaqlıq yolu uşaqlığı xarici mühitlə əlaqələndiriən borudur. Uşaqlıq yolunda təbii öz-özünü qorumaq və təmiz saxlama mexanizmi mövcuddur. Bu nahiyədə zərərsiz bakteriyaların fəaliyyəti nəticəsində şəkərin parçalanmasından yaranan süd turşusu formalaşır ki, bu da uşaqlıq yolunu patogen (zərərli) mikroorqanizmlərdən qoruyur. Amma bəzi faktorlar bu mexanizmi pozur və uşaqlıq yolunda qaşınmaya səbəb olan fərqli şəraitlər yaradır.
Qaşınma cinsi yetkinlik dövrunə çatmayan qızlarda tez-tez qeyd edilir. Təssüf ki, bəzi azərbaycanlı analar öz gənc qızlarında bu şikayətləri görərlərsə həkimə müraciət etməkdən çəkinirlər. Bəzi valideyinlərdə gənc qızın ginekoloqa müraciət etməsinin pis göstərici olması haqqında səhv təsəvvür mövcuddur. Bu isə gələcəkdə adi qaşınmanın daha ciddi fəsadlara gətirib çıxarmasına səbəb olur.

Səbəblər
- Kimyəvi qıciqlandırıcılar - yuyucu vasitələr, alt paltarlarını yumşaltmaq üçün istifadə edilən maddələr, sabunlar, məlhəmlər, qadın ətirləri, kontraseptiv jelelər, qoruyucu vasitələr və s.
- Uşaqlıq yolunun maya göbələkləri ilə yoluxması zamanı qaşınma ilə yanaşı ağ və kəsmiyə bənzər gəlinti də qeyd olunur. Göbələyin artması antibiotik istifadəsi, kontraseptiv həblərin qəbulu, hamiləlik, aybaşı, qoruyucu vasitələrin istifadəsi, cinci əlaqə, diabet, immun sistemin zəiflləməsi kimi hallarla bağlı ola bilər.
- Digər vaginal infeksiyalar – bakterial vaginoz, genital herpes, trixomoniazis, bit kimi faktorlar da uşaqlıq yolunda qaşınma törədə bilər.
- Vaginit – uşaqlıq yolunun iltihabıdır. Vaginit zamanı qağınmaqla yanaşı gəlim və iyin olması qeyd edilir. Vaginit yetkinlik yaşına çatmayan qızlarda daha tez-tez yaranır. Vaginitin yaranmasına fərqli infeksiyaların rolu vardır.
- Bij qurd – daha çox uşaqlarda qaşınmanın səbəbi ola bilir.
- Stres – uşaqlıq yolunda qaşınmanı artıra bilər. Bu səbəbdən qaşınma uşaqlıq yolunun ikincili infeksiyalaşmasına şərait yaradır.
- Menopausa – qanda esterogenin düşməsi uşaqlıq yolunun daxili örtüyünün nazilməsinə və infeksiyalaşmaya həssas olmasına səbəb olur.

Həkimə nə zaman müraciət etməli?
Əgər vaginal qaşınma kəskindirsə, digər yanaşı narahatçılıqlar varsa (vaginal gəlim, ağrı, iyi və s.), üç gündən çox davam edirsə mütləq həkimə müraciət edin. Həkiminiz qaşınmanın əsl səbəbini üzə çıxarmaq üçün müəyyən müayinələr həyata keçirəcək. Yalnız bundan sonra sizə müalicə təyin edəcək.
Bəzən qaşınma öz-özünə və ya müəyyən tədbirlər nəticəsində itir. Vaginal qaşınmadan qaçmaq üçün bəzi tövsiyyələr:
- Ev şəraitində ilıq vanna qəbul edin. Suya duz, şalfey və ya çobanyastığı (romaşka) əlavə edilə bilər. Bəzən belə adi vanna ilə qaşınma aradan qalxır və həkimə müraciət etməyə ehtiyac qalmır.
- Cinci əlaqəyə bir müddət ara vermək vacibdir. Qaşınma törədicisi yoldaşınızdan yenidən yoluxa bilər və görülən tədbirlərin əhəmiyyəti itə bilər. Müalicə zamanı həyat yoldaşınızda uyğun dərmanlar qəbul etməlidir.
- Qoruyucu vasitənin dəyişilməsi. Əgər cinci əlaqə zamanı qoruyucu vasitələrdən istifadə edilirsə onun dəyişilməsi qaşınmanı aradan qaldıra bilər. Qoruyucu vasitə üzərində olan toz və ya məlhəm uşaqlıq yolunda allergik reaksiya törədə bilir.
- Qaşınan nahiyəni "cırmaqlamaqdan" çəkinin. Dırmaqlarınızla uşaqlıq yolu ətrafı dərini zədələməməyə çalışın.
- Şirin qidaları azaldın. Şəkər bəzi göbələklərin inkişafına təkan verir.
- Sərin, yumşaq və dar olmayan geyimə üstünlük verin.
- İsti və rütubətli havada çox qalmaqdan çəkinin.
- Qaşınma hissini unutduracaq məşğuliyyət tapın.
- Reseptsiz satılan anti-histamin dərmalardan istifadə edə bilərsiniz.
- Qaşınan nahiyəyə hidrokartizon məlhəmi sürtə bilərsiniz.
Mənbə: etibb.org saytı

Xəbərlər     Baxılıb: 23284   Tarix: 15 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

turlar.az

qadın geyimi geymler 2026 kosmetoloq xina hakista balıq yeməkləri yay geyim 2026 kişi sonsuzluğu kosmetika usaq geyimleri tərəzi bürcü əfsanələr burclerin uyumu meseller