Valideynlərə xəbərdarlıq - Uşaqlarınızı bu dərmanlarla "zəhərləməyin

Valideynlərə xəbərdarlıq - Uşaqlarınızı bu dərmanlarla Bir çox dərman uşaqların həyatı üçün təhlükəlidir.
Milli.Az xəbər verir ki, təhlükəli dərman qruplarını Gazeta.ru-ya müsahibəsində pediatr Gözəl Rəhimova sadalayıb.
Birincisi, ağrıkəsicilər və qızdırmasalıcılar və ya qeyri-steroid iltihab əleyhinə dərmanlardır. Mütəxəssis qeyd edib ki, bunlara ibuprofen və parasetamol daxildir.
Onun sözlərinə görə, bu dərmanlarla uzun müddətli müalicədə qanın və daxili orqanların vəziyyətinə nəzarət etmək lazımdır. Mütəxəssis xəbərdarlıq edib ki, nimesulid, metamizol natrium (analgin) və asetilsalisil turşusu (aspirin) 15 yaşdan kiçik uşaqlar üçün riskli olduğundan istifadəsi tamamilə qadağandır.
İkinci qrup mukolitiklərdir - bəlğəmgətirici dərmanlar. Onlar yalnız göstərişlərə uyğun olaraq və pediatrın nəzarəti altında istifadə edilməlidir. Çünki bəlğəmli effektiv öskürmək qabiliyyəti 4-6 yaşa qədər uşaqlarda tam formalaşır.
"Bu yaşda olan uşaqlarda bəlğəmin miqdarının artması onlara daha çox zərər verə bilər. Öskürək anadangəlmə refleksdir, müalicəyə ehtiyac yoxdur, öskürəyin səbəbini müəyyənləşdirib müalicə etmək lazımdır", - mütəxəssis izah edib.
Üçüncü qrup, qan damarlarını daraldan dərmanlardır (vazokonstriktorlar). Mütəxəssisin fikrincə, onlardan beş günə qədər qısa müddətdə və gündə iki-üç dəfədən çox olmayaraq, istifadə edilməlidir. Uzun müddət istifadəsi və ya həddindən artıq dozası nəticəsində terapevtik təsir zəifləyə bilər ki, bu da rinit və burun qişasının atrofiyasının inkişaf riski arta bilər.
Dördüncü qrup, birinci nəsil antihistaminiklərdir ki, bu da mərkəzi sinir sisteminin depressiyasına və tənəffüsün dayanmasına səbəb ola bilər. Bu dərmanlar yalnız həkimin ciddi nəzarəti altında istifadə edilməlidir. Eyni zamanda, pediatr vurğulayıb ki, bu gün bazarda altı aylıq uşaqlar üçün icazə verilən və mənfi təsirləri minimal olan effektiv antihistaminiklər var.
Rəhimovanın sözlərinə görə, beşinci qrup dərmanlara loperamid kimi ishal əleyhinə dərmanlar daxildir. Bu dərmanı həkim resepti və nəzarəti olmadan beş yaşınadək uşaqlarda istifadə etmək tövsiyə edilmir. Çünki bu, bağırsaq divarının daralmasına səbəb ola bilər ki, bu da mədə-bağırsaq traktının qan tədarükünün pozulmasına səbəb olur.
Həkim yekunda istər böyüklər, istərsə də uşaqlarda hər hansı dərman vasitəsinin istifadəsinə dair təlimatları diqqətlə öyrənməyin və müalicəyə başlamazdan əvvəl həkimlə məsləhətləşmənin vacibliyini vurğulayıb. (publika.az)
Milli.Az

Xəbərlər     Baxılıb: 1333   Tarix: 05 aprel 2024
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

adlarin menasi qadin sayti geyim və ayaqqabılar kişi sağlamlığı emulqatorlar cins 2026 geyim seçimi kosmetika kokelmek sperma burclerin uygunlugu vicdan novruza aid