Valideynlərin diqqətinə! Məktəbli çantası seçəndə bunları nəzərə alın

Valideynlərin diqqətinə! Məktəbli çantası seçəndə bunları nəzərə alınYeni dərs ili başlayanda valideyn və məktəbliləri ən çox maraqlandıran məsələlərdən biri də məktəbli çantası olur. Çanta uşaqların ən çox təmasda olduğu əşyalardan biridir.

Ona görə də çantanın düzgün seçilməsi heç də az əhəmiyyətli məsələ deyildir. Bəzi ailələrdə valideynlər məktəbli çantasını uşağın zövqünə və istəyinə uyğun olaraq alırlar. Lakin mütəxəssislər sağlamlığa hesablanmış belə məsələlərdə güzəştə getməməyi məsləhət görürlər. Onların fikrincə, uşağın fiziki ölçüsünə uyğun sadə və yüngül çantalar alınmalıdır, bu, onların sümük və əzələlərinin kövrək və elastik olması ilə əlaqədardır.

Bunu Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova "Çantanın bədən çəkisinə uyğun olmaması uşağın onurğasını qabağa əyməsinə və çiyinlərini qaldırılmasına səbəb olur. Çanta ağır olanda və birtərəfli çiyin asqısından istifadə edəndə əzələlər, xüsusilə boyun bir tərəfə əyilir, onurğada sağa və ya sola əyilmələrə səbəb olur. Çantada asqıların geniş və yumşaq olması çiyin üzərində yükün bərabər paylanmasına kömək edir, dar və sərt asqılar ağırlığı əzələnin müəyyən nöqtələrinə yönəldir. Çantanın çiyin asqılarının incə, ensiz və uzun olması sinirlərə təsir edir və bunun nəticəsində əl və qolda ağrılar yaranır. Ağır və qeyri-standart çanta daşıyan və pilləkən qalxıb-enən uşaqlarda ayaq ağrısı daha çox olur. Nəticədə ilk növbədə uşağın duruşunda problem yaranır: çiyinlər qalxır, onurğa önə doğru əyilir və kifoz dəyişikliyi gedir".

Qeyd edək ki, uşaqların məktəb çantalarında sağlamlıq baxımından nəzərə alınmayan bəzi detallar orqanlarda funksiyaların pozulmasına aparıb çıxarır. Həkim-terapevt standart qaydalara əməl olunmasını tövsiyə edir. "İbtidai sinifdə uşaq üç-dörd kitab götürməlidir, sonrakı siniflərdə yenə də normaya uyğunluq gözlənilməlidir. Çantanı ağırlaşdıran əsas yüklərdən biri də su və qidadır. Uşaq məktəbə özü ilə 1-1,5 litr su götürməlidir və bu, heç də kiçik yük deyil. Qidanı çantaya qoymaq lazım deyil. Ayrıca qida qabları var ki, uşaq yeməyi çantaya qoymaqdansa ayrıca qida çantası götürməsi məsləhətdir".

Mütəxəssislər bildirirlər ki, məktəbli çantası kürəkdə və çiyində ağrıya səbəb olmayacaq çəkidə olmalıdır. Məktəbli bədən ağırlığının 10-12 faizindən artıq yük daşımamalıdır. Məktəb çantalarında bel kəmərlərinin enli olması və kürəyə rahat oturması onların dəftər-kitablarını rahat daşımasına xidmət etməlidir. "Ən yüngül çanta seçilməlidir. Çantanın yükü maksimum az olmalıdır ki, ona kitab-dəftər və digər məktəb ləvazimatları qoyanda çox ağırlıq etməsin", - deyə həkim terapevt əlavə edib.

Məktəb çantalarının seçimində digər alternativlər də var. Bel çantaları ağır və əziyyətli olduğundan uşaqların daha rahat daşıya biləcəkləri təkərli çantalara üstünlük vermələri tövsiyə olunur. Mütəxəssislərin fikrincə, 8 yaşınadək uşaqlar iki, 8-12 yaşındakı uşaqlar ən çox dörd, 12-15 yaş arasındakı uşaqlar isə beş kiloqram ağırlığında çanta götürməlidirlər.

Maraqlı     Baxılıb: 2629   Tarix: 22 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

turlar.az

qis geyimləri 2026 geyim dəbləri gozel gorunmek uşaqları tərbiyə xina ucun hakistalar psixologiya balın faydaları kosmetika vətən həsrətinə aid bayatılar meseller vətənə aid novruz bayrami hakisda