Vanil - həm ədviyyat, həm də dərman

Vanil - həm ədviyyat, həm də dərmanBu ətirli ədviyyat bütün dünyada tanınır. Vanil müxtəlif mətbəxlərdə şirniyyatlara, içkilərə, hətta ət xörəklərinə əlavə olunur.

Bu ədviyyat sarmaşan bitki liana nəslindən alınır. Əsl vanil uzun tünd qəhvəyi rəngdə borucuqlar şəklindədir. Vanil üyüdülür, yeməklərə və şirniyyatlara əlavə olunur. Əsl vanil çox bahalıdır. Bu səbəbdən bir çox hallarda onun ucuz analoqu - vanilin istifadə olunur. Vanilinin qoxusu təbii vanili xatırladır. Lakin vanilin təbii ədviyyatın müsbət xüsusiyyətlərindən məhrumdur.

Təbii vanil tək ədviyyat deyil, bu həm də müalicəvi vasitədir. Vanil güclü antidepressant xüsusiyyətlərinə malikdir. Vanilin qoxusu orqanizmdə "xoşbəxtlik hormonu" adlandırılan serotoninin ifrazını artırır. Nəticədə insanın əhval-runiyyəsi yaxşılaşır, yorğunluq, stress, həyacan azalır. Vanilin insanın əqli fəaliyyətinə də müsbət təsir edir, yaradıcılığı stimullaşdırır.

Aromalampaya 1-2 damcı aromatik vanil yağını damızdırın və ya vanil yağı ilə vanna qəbul edin. 5 damcı vanil yağını 100 qr südə əlavə edib yaxşı qarışdırın və sonra bu qarışığı vannaya əlavə edin. Belə vannanı 15 dəqiqə ərzində qəbul edin. Stress və depressiya zamanı belə müalicəvi vannalar çox yaxşı kömək edir.

Alimlərin fikirinə görə, təbii vanil orqanizmdə xərçəng hüceyrələri ilə mübarizə aparır.

Vanil qədim zamanlardan ən güclü afrodiziaklardan biri sayılır. Bu o deməkdir ki, vanilin qoxusu cinsi meyli artırır.

Vanil kosmetologiyada çox geniş istifadə olunur. Vanil yağı dəriyə, saçlara çox müsbət təsir edir, dərini cavanlaşdırır, nəmləndirir, tonuslaşdırır, daha dartılmış və hamar edir. Ev şəraitində bir neçə damcı vanil yağını üz və ya bədən kreminə, skraba, losyona, şampuna əlavə etmək olar./saglamolun/

Sağlamlıq     Baxılıb: 2108   Tarix: 03 yanvar 2016
f Paylaş

Oxşar xəbərlər

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

turlar.az

həkim məsləhəti kosmetoloq qaşların formalari azad qadin qara qaragat seksual hereketler pol breqq kosmetika geyim sanamalar gözəllik xeyanet novruz bayramına aid