"Vanlı Kara Haydar"ın işindən xəbər var

Sosial mediada "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalanın həyat yoldaşı Çağla Öz Tançalan İstanbulda saxlanıldıqdan sonra Van şəhərinə aparılıb.
Çağla Öz Tançalanın İstanbuldakı prosedurları başa çatıb.
Daha sonra o, araşdırmanın aparıldığı Van şəhərinə göndərilib.
Onun Van Əmniyyət Müdirliyindəki prosedurlarının davam etdiyi bildirilir. Bundan sonra Çağla Öz Tançalanın ədliyyəyə sövq ediləcəyi gözlənilir.
Qeyd edək ki, Mehmet Fatih Tançalanın sosial mediada yayılan görüntüləri və Van şəhərində keçirilən toyunda gəlinə taxıldığı bildirilən külli miqdarda qızıl, pul və digər qiymətli əşyalar Türkiyədə geniş rezonans doğurub. Bunun ardınca Van prokurorluğu tərəfindən araşdırma başlanıb. Mehmet Fatih Tançalan sentyabrın 8-də Vanın Muradiyə rayonundakı evində saxlanılıb və daha sonra "cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulması" ittihamı ilə həbs edilib.
İstintaq çərçivəsində Çağla Öz Tançalanın adı da hazırlanan MASAK hesabatında keçib. 
Onun İstanbulda saxlanılmasından sonra Vana göndərilməsi ilə araşdırmanın yeni mərhələyə keçdiyi bildirilir. İstintaqın əsas istiqamətlərindən biri də toyda nümayiş etdirilən külli miqdarda qızıl və pulun mənşəyinin müəyyənləşdirilməsidir. Axtarış zamanı həmin ziynət əşyalarının bir hissəsinin Muradiyədəki ev və ona aid tikilidə aşkarlandığı bildirilib.
///musavat.com/// / azxeber.com

Şou Biznes     Baxılıb: 732   Tarix: 14 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

.

Filipp Kirkorov məhkəmədə qalib gəldi: 26 milyon rubl alacaq

Rusiyanın Xalq artisti Filipp Kirkorov mənzilində quraşdırılan daş dekorasiyanın keyfiyyətsiz olması ilə bağlı məhkəmə prosesində qalib gəlib. xəbər verir ki, Sankt-Peterburq məhkəməsi sənətçinin fərdi sahibkar Georgi Baranovskiy

.

Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək

Tanınmış müğənni Kəmalə Qaramollayeva "İllərin hesabatı" adlı solo konsert proqramı ilə böyük səhnəyə qayıdır. xəbər verir ki, ifaçı 25 noyabr 2026-cı il saat 20:00-da Heydər Əliyev Sarayında səhnəyə çıxacaq. Gecəd

.

Elnarə Abdullayeva nənə olacaq

Əməkdar artist Elnarə Abdullayeva nənə olacaq. xəbər verir ki, bu barədə aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" verilişində məlumat verib. O bildirib ki, xanəndənin qızı Xədicə ana olmağa hazırlaşır. E.Abdullayev

.

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

.

Elnur Məmmədov süni intellektlə 70 yaşında: 'Bu bir aşksa' təqdim edildi

Sevilən müğənni Elnur Məmmədov dinləyicilərinə yeni layihəsini təqdim edib. . xəbər verir ki, ifaçı "Bu bir aşksa" adlı növbəti mahnısını və ona çəkilən maraqlı klipini sevənlərinin ixtiyarına verib. Musiqisi v

.

Tacir Şahmalıoğlu əməliyyat olundu

Müğənni Tacir Şahmalıoğlu bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Sənətçi axşam.az-a açıqlama verən hazırda xəstəxanada olduğunu deyib. O bildirib ki, öd kisəsində problem yaranıb və təcili əməliyyat olunub:. "Ö

.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

.

Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?

Məşhurlar artıq yalnız kino, musiqi və ya televiziya layihələrindən qazanc əldə etmirlər. Onların bir çoxu öz adını ayrıca brendə çevirərək kosmetika, geyim, içki, enerji içkiləri və hətta rəqəmsal aktivlərdən milyonlarl

.

Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi

Türkiyəli aktrisa Biran Damla Yılmaz haqqında Almaniyada 6 ay müddətinə həbs cəzası verilib. Türkiyə mediası xəbər verir ki, aktrisanın botoks, dolğu və lazer prosedurlarından yaranan borcu 285 min avroya çatıb. İddialar

turlar.az

həkim məsləhəti gelinlikler yaz geyimleri 2026 dəri xərçənginin əlamətləri praktiki məsləhətlər saglamlig salat reseptləri kosmetika masturbasiya nedir yumurta gozellik aydin sani webnem tovuzlu