Varikoz damarlar üçün az tanınan, amma effektiv vasitə

Varikoz damarlar üçün az tanınan, amma effektiv vasitəVarikoz damarlar bəzən zərərsiz görünsə də, uzunmüddətli narahatlıq və sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər bu vəziyyətdən qurtulmaq üçün az tanınan, lakin faydalı bir üsulu açıqlayıblar.
Milli.Az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Varikoz damarlar nədir?
Varikoz damarlar dərinin alt qatında yerləşən şişmiş və burulmuş damarlar olub, adətən ayaqlarda yaranır. Onların yaranma səbəbləri arasında yaş, hamiləlik, artıq çəki, uzun müddət oturaq vəziyyətdə qalmaq və fiziki hərəkətsizlik göstərilir.
Təbii və effektiv vasitə - sərv yağı
Varikoz damarlarla mübarizədə ən effektiv vasitələrdən biri kimi sərv (kiparis) yağı göstərilir. Mütəxəssislər bildirir ki, bu yağ şişkinliyi azaltmaq və qan dövranını yaxşılaşdırmaq xüsusiyyətlərinə görə çox faydalıdır.
Hazırlanması da sadədir:
5 damcı sərv yağı ilə 1 xörək qaşığı əsas (məsələn, zeytun və ya badam) yağı qarışdırılaraq masaj üçün istifadə olunur. Qarışıq aşağıdan yuxarıya - ayaqlardan ombaya doğru yumşaq masaj hərəkətləri ilə tətbiq edilməlidir. Bu, qan dövranını təbii istiqamətdə hərəkətə gətirərək damarların rahatlamasına kömək edir.
Sərv yağı həm də ayaqlarda yorğunluq və ağırlıq hissini azaldır, tonuslandırıcı və bərpaedici təsir göstərərək varikoz, qıcolma və ödem kimi problemlərin qarşısını ala bilər.
Varikozdan qorunmaq üçün digər vacib tövsiyələr
Müntəzəm fiziki fəaliyyət - Gəzinti, üzgüçülük və digər ayaq hərəkətli idman növləri qan dövranını yaxşılaşdırır.
Ayaqları qaldırmaq - İstirahət zamanı və ya yatarkən ayaqları yüksəkdə saxlamaq venoz qayıdışı gücləndirir.
Kompres corablar - Mütəxəssis tövsiyəsi ilə istifadə edildikdə ayaqlarda şişkinliyi və ağrını azaldır.
Duzsuz və sağlam qidalanma - Duz orqanizmdə maye toplanmasına səbəb olur, buna görə aşağı duzlu pəhriz tövsiyə edilir.
Zərərli vərdişlərdən uzaq durmaq - Siqaret və kofe varikozu daha da ağırlaşdıra bilər.
Mütəxəssislər bildirir ki, bu tədbirlər sadə görünsə də, onların təsiri zamanla böyük fayda verir.
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 1330   Tarix: 29 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

yay kolleksiyasi qadın geyimi gözəllik məhsulları hiperaktiv usaqlarin mualicesi əkizlər bürcü darcin faydasi kişi dünyası kosmetika vətənə aid bayatı zəhmət kley lekesi sevda qaynanaya aid