Varikoz zamanı türkəçarə vasitələr – alma sirkəsi, zeytun yağı, sarımsaq…

Varikoz zamanı türkəçarə vasitələr – alma sirkəsi, zeytun yağı, sarımsaq…Son statistik məlumatlar göstərir ki, dünya üzrə hər 2-3 qadından birində bu və ya digər formada varikoz xəstəliyi var.
Kosmetik qüsur yaradan və qadınlara geyim seçimində ciddi məhdudiyyətlər qoyan bu xəstəlik inkişaf etdikcə çox ağır fəsadlar verə bilir.
Ən ağır belə fəsadlardan biri ağciyər arteriyasının tromboemboliyasıdır ki, xəstə damarda əmələ gələn tromb qan axını ilə ağciyər arteriyasına düşərək onu bağlayır və bu da bəzi hallarda hətta ölümə səbəb ola bilər.   
Bunları nəzərə alaraq varikozun ilk simptomlarında (ayaqlarda ağırlıq, ağrılar, şişkinlik, damarların qabarması) həkim fleboloqa müraciət etmək və xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün lazım olan müalicələr almaq lazımdır.
Ev şəraitində əsas müalicə ilə yanaşı bəzi türkəçarə vasitələrdən də istifadə etmək olar. Lakin nəzərə almaq lazımdır ki, tək bu vasitələrdən istifadə etməklə xəstəliyin inkişafını ləngitmək və fəsadların qarşısını almaq mümkün deyil.
Beləliklə, varikoz xəstəliyi zamanı hansı təbii vasitələr kömək edə bilər?
1. Alma sirkəsi
Alma sirkəsi yerli qan dövranını yaxşılaşdırır, ağrıları və şişkinliyi azaldır. Sirkədə əski isladıb xəstə damarların üzərinə kompress şəklində qoymaq olar.
2. At şabalıdı
Saglamolun.az bildirir ki, yeməli şabalıdın yaxın "qohumu" olan at şabalıdı əsrlər boyu varikoz xəstəliyinin müalicəsində istifadə olunur. At şabalıdı əsasında çoxlu sayda müxtəlif gel və məlhəmlər hazırlanır. At şabalıdı şişkinliyi və ağrıları azaldır, kapilyarları möhkəmləndirir, trombların riskini azaldır.
50 qr at şabalıdının qabıqları götürülür. Üzərinə yarım l araq tökün, 2 həftə ərzində qaranlıq yerdə saxlayın, sonra süzün. Dərman hazırdır. (İstifadə qaydası alma sirkəsində olduğu kimidir).
3. Zeytun yağı
Min dərdə dərman olan zeytun yağı da varikozun müalicəsində istifadə olunur. Yağı bir qədər isidin, xəstə damarlara çəkin, çox yüngül massaj edin.
4. Sarımsaq
1 baş sarımsağı blenderdə əzin, üzərinə 2 x.q. zeytun yağını əlavə edin, qarışdırın, 1 gün saxlayın. Sonra kompreslər üçün istifadə edin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1124   Tarix: 16 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

qaşların formalari geymler 2026 qadın geyimi qadınlar tecavuze ugrayan qadinlar hüquq və qadın haqları xinayaxdi bayati kosmetika vətənə aid atalar sözləri vətən həsrəti gözellik qiz evi ucun ekizler