Varikozdan əziyyət çəkənlər bunları yeməlidir

Varikozdan əziyyət çəkənlər bunları yeməlidirVarikoz xəstəliyi çox yayılmış pozulmadır. Varikoz tək kosmetik defekt deyil. Bu xəstəlik çox ciddi fəsadlar verə bilər - damarların iltihablaşması, damarlarda trombların əmələ gəlməsi, ayaqlarda sağalmayan xoralar və s.
Varikozdan əziyyət çəkənlər qidalanmasından yağlı, duzlu, qızardılmış, hisə verilmiş qidaları, konservləri, yağlı bulyonları, yağlı kremlə tortları, pirojnaları, spirtli içkiləri çıxartmalıdır. Bu qidalar bədəndə su saxlayır, qanı qatılaşdırır ki, nəticədə damarlara olan gərginlik artır. Xəstə damarlar üçün bu xüsusilə ziyanlıdır.
Varikoz zamanı bəzi məhsulların qəbulu damarlara müalicəvi təsir edir, damarların divarlarını möhkəmləndirir, elastikliyini artırır. Bu məhsullar arasında:
- Kələmin bütün növləri, pomidor, bolqar bibəri, kahı, qulançar, ağ və qırmızı soğan, sarımsaq. Hər gün qidalanmanıza tərəvəz salatları daxil edin. Bu salatlarda olan vitamin və minerallar damarları möhkəmləndirir, onları daha elastik edir. Həmçinin bu salatlar qəbizlikdən xilas edir. Qəbizlik varikoz xəstəliyinin gedişatını ağırlaşdırır.
- Sitrus meyvələri, itburnu, qara və qırmızı qarağat, çiyələk. Bu məhsullar C vitamini  və rutinlə zəngindir. Hər iki maddə damarları möhkəmləndirir və onların elastikliyini artırır.
- Qarabaşaq sıyığı. Qarabaşaq da rutinlə zəngindir.
- Bitki yağları, yumurta, cücərdilmiş buğda, qoz. Bu məhsullar E vitamini ilə zəngindir. E vitamini damarların elastikliyi üçün çox vacibdir.
- Yaşıl çay limonla. Bu içki varikoz zamanı çox faydalıdır.
- Şabalıd qədim zamanlardan xalq təbabətində damar xəstəlikləri zamanı müalicəvi vasitə kimi istifadə olunur. Varikoz xəstəliyi zamanı və bu xəstəliyin profilaktikası üçün tez-tez şabalıd yeyin.
Şabalıdın qabıqları da varikoz zamanı çox faydalıdır. Şabalıd qaynatdığınız suyu atmayın. Bu suda tənzif isladın və ayaqlarınıza kompres kimi qoyun.
- Təbii alma sirkəsi varikozdan əziyyət çəkənlər üçün çox faydalıdır. Hər səhər acqarına 1 x.q. alma sirkəsi və 1 ç.q. bal əlavə olunmuş 1 stəkan su için.
Həmçinin alma sirkəsini kompreslər üçün də istifadə etmək olar. Alma sirkəsində tənzif isladın və ayaqlarınıza qoyub 20 dəqiqə saxlayın.
- Zəncəfil və sarıkök. Bu ədviyyatlar da damarlar üçün çox faydalı sayılır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1969   Tarix: 09 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

makiyaj etmek qaydalari yemek reseptleri həkim məsləhəti sevgi dünyası sepkilere qarsi mualice yasil pomidor tutmasi dirnaqlara qulluq qaydalari kosmetika vidyolar gözellik qiz evi sevda xlor lekesi