Varlıdan oğurlayıb kasıba verən "Zerkalo Klara": Gözəlliyi ilə hamını ovsunlayırdı... - REPORTAJ

Varlıdan oğurlayıb kasıba verən "Zerkalo Klara": Gözəlliyi ilə hamını ovsunlayırdı... - REPORTAJƏslən bakılı olan "qanuni oğru" Ağa Bakinskinin məzarından reportaj edərkən təsadüfən mollanın Keşlə qəbiristanlığında başqa kriminal avtoritetlərin məzarının olduğuna da toxunması diqqətimi çəkdi. Dərhal sözünü ağzında qoyub tez mətləbə keçdim.
-Ciddi deyirsiniz? Kimdir ki, o ?

Molla tez cibindən bir siqaret çıxarıb yandırmağa çalışdı. Lakin alışqan işləmədiyi üçün siqareti qaytarıb cibinə qoydu. Və başqa şeylərdən danışmağa başladı.
-Bu qəbiristanlıqda hər cür insan dəfn olunub. Allah hamısına rəhmət eləsin. Mən də xeyli vaxtdır burda işləyirəm. Bütün günü onlara dua oxuyuram.
"Varlıdan oğurlayıb kasıba verirmiş"
Artıq sualımdan yayındığını hiss edirdim, ona görə də bir az kobudluq edib təkrar soruşdum:
-Axı biz bundan danışmırdıq. Kim var burda başqa "oğru"lardan?
-Əşi, nəyinə lazımdır? Sən Bakinskini axtarırdın, tapdın, çəkdin, indi çıx get.
Nəhayət söhbəti mətləbə gətirə bildim:
-Hə, indi kim olduğunu deyəcəksən?
-Gəl, sənə "Cibgir Klara"nın məzarını göstərəcəyəm. Çox qeyrətli qadın olub. Yəqin onu tanıyırsan, belə görürəm ki, məlumatlısan.
-Hə, az-çox məlumatım var.
-O, o qədər gözəl olub ki, ona "Zerkalo" deyirmişlər. Adam heç vaxt kasıbdan oğurlamayıb. Hətta o varlıdan, imkanlıdan oğurlayıb kasıba, imkansıza verirmiş, başa düşürsən? Bu, heç bir kişinin işi deyil, nəinki qadının. Bilirsən özü də kasıba elə əl tuturmuş ki, heç kim bilmirmiş ona əl tutan kimdi. Bu gün kimsə kiməsə 5 manat kömək edəndə, hörmət edəndə min dəfə üzünə vurur. Amma o, belə insan imiş...
-Onun dəfnini necə xatırlayırsınız? Burdaydınızmı həmin gün?
-Hə, əlbəttə. O, dəfn olunan günü hər kəs burdaydı. Onu istəyən hər kəs. Mən də burdaydım. Yağış yağmışdı həmin gün. Qəbiristanlıq da palçıq idi. Hamı islana- islana onun dəfninə gəlmişdi. Yağış yağsa da sanki günəşli bir gündəki kimi insanlar gəlib yağışın altında onun dəfnində iştirak edirdi. Mən də islanmışdım həmin gün, amma dəfndən sonra ayıldım elə bil. Hamı onun üçün dua edir, hər kəs pıçıltı ilə onun köməklik etdiyi insanlardan, onun xeyirxah əməlindən danışırdı.
Hətta dəfndə iştirak edənlərin çoxu elə məhz onun köməyi dəymiş insanlar idi. Qardaş, elə şeylər danışırdılar ki, adamın tükləri qabarırdı. İnsan da bu qədər səxavətli olarmı? Bu gün qardaş qardaşına bir manat vermir, amma o, yüzlərlə, minlərlə manatı kasıba, imkansıza verirmiş.

Bilirsən ki, oğurluq günahdır. Bunu demək lazımdır, amma bəzi əməllər var ki, günaha yazılmır. Varlı onsuz da varlıdır, o pul onun üçün heç nədir. Amma onu varlıdan oğurlayıb kasıba paylamaq hər adamın işi deyil.
Səni inandırım ki, onun dəfnində bir adam iki "lapatka" torpaq ata bilmədi onun qəbrinə. "Lapatka" bütün qəbiristanlıqdakı izdihamda itmişdi. Hamı onun məzarına torpaq atmağa çalışırdı. Cənazəsi onun kömək etdiyi insanların çiyinində gəldi qəbiristanlığa.
"Məzarına gələn yoxdur"
Başımız necə söhbətə qarışmışdısa, artıq gəlib çatmışdıq məzarın yanına. Söhbəti davam etdirib sual verməyə davam etdim:
- Ziyarətinə gələn var?
-Hə, bax burda artıq, Qəribi ağlamaq tutdu. Eşitmisən o misalı?
Yenidən cibindən siqareti çıxardıb yenə yandırmağa çalışdı. Bu dəfə alındı. Bir iki tüstü alıb sözə başladı:

- Yox, xeyli vaxtdır onun məzarına gələn yoxdur. İnanırsan ki, onun dəfnində gördüklərimdən, eşitdiklərimdən sonra necə təsirlənmişəmsə, özüm hər həftə ona "Quran" oxuyuram. Gəlib məzarının tozunu təmizləyirəm.
Allah cəmi ölənlərə rəhmət eləsin, yəqin kimsəsi yoxdur gəlsin, getsin. Əvvəllər arabir bir ailə gəlirdi, ziyarət edirdi. Təmizlik edirdi, xeyli olar, hətta aylar olar ki, heç kim gəlmir. Bizim hacının da onlara hörməti var. İnandırım səni ki, onların dəfninə də heç bir qapa qəpik pul almayıb. Hamısını xərclərini də öz cibindən çəkib. Ona dəfələrlə pul da təklif olunub, mal-mülk də, amma o hacı halal adamdı. Heç birini götürməyib. Bizim də borcumuzdur ki, kasıbın, xalqın tərəfində duran, xalqa kömək edən insanların hörmətini saxlamaq. İşdi bura qədər gəlmisən, əziyyət çəkmisən, çox sağ ol. Gəl bu küncdə də başqa bir "qanuni oğru" dəfn olunub. Onun da hekayəsini sənə danışım, onun də məzarını çək...
Mənim üçün həqiqətən bu ziyarət çox məhsuldar oldu. Söhbətləşə-söhbətləşə növbəti reportajımı hazırlamaq üçün qəbiristanlığın digər küncünə, digər "qanuni oğru"nun məzarına gəldik.../cebheinfo/

Xəbərlər     Baxılıb: 4063   Tarix: 31 dekabr 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu

Bağırsaq sağlamlığı təkcə həzm sistemi üçün deyil, həm də immunitet, enerji səviyyəsi və hətta psixi vəziyyətimiz üçün həlledici rol oynayır. Elm sübut edir ki, bağırsaq mikrobiomumuzu (orada yaşayan faydalı bakteriya v

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

turlar.az

sac duzumleri reseptler geyim və ayaqqabılar gilasın faydası biliye aid atalar sözləri sağlam ol ilk tibbi yardım kosmetika uşaq şeirləri cinsi seksual haqisda tut ağacı tutdudu