Vəfat edən xalq artistinin VƏSİYYƏTİ: BU SÖZLƏR ÜRƏK DAĞLADI - VİDEO
Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva vəfat edib.
Xanim.az bildirir ki, mərhumun oğlu Hafiz Həmidovun sözlərinə görə, xalq artisti Qəndab Quliyeva iyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiya sobəsinə yerləşdirilib. Ürək çatışmazlığından əziyyət çəkən xanəndə bu gün müalicə olunduğu mərkəzin süni tənəffüs aparatından ayrılıb. Mərhum dünyasını dəyişdikdən sonra evinə gətirilib.
Mərhumla vida mərasimi sabah "Təzəpir" məscidində keçiriləcək. Xalq artistinin nəşinin 2-ci fəxri xiyabanda dəfn edilməsi təklif edilsə də, vəsiyyətinə uyğun olaraq Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunacaq.
Qeyd edək ki, xalq artisti Qəndab Quliyeva 1949-cu ildə Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində, daha sonra Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb.1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. 1992-ci ildə xalq artisti adına layiq görülüb. 2011-ci ildən isə prezident təqaüdçüsü olub. /xezerxeber.az/
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir