Vərəmə tutulmamaq üçün 5 sadə MƏSLƏHƏT

Vərəmə tutulmamaq üçün 5 sadə MƏSLƏHƏTVərəm xəstə insandan sağlam insana çox asan keçir. İnsan bu infeksiyaya istənlən ictimai yerdə (dükan, məktəb, uşaq baxşası, metro, avtobus və s.) yoluxa bilər.
Orqanizmə düşdükdən sonra Kox çöpləri qan və limfa axını ilə bütün orqanizm boyu yayılır və bu səbəbdən bir çox orqanlarda xəstəlik yarada bilirlər (dəri, cinsiyyət orqanları, sümüklər, bağırsaq, gözlər və s.). Lakin daha tez-tez agciyər vərəminə təsadüf edilir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada yaşayan insanların 1/3 hissəsində latent vərəm var. Bu o deməkdir ki, bu insanlar artıq vərəm infeksiyasına yoluxub, lakin (hələ) xəstə deyillər və infeksiyanı digər insanlara ötürmürlər.
İmmun sistemi müxtəlif səbəblərə görə (xroniki xəstəliklər, yaşlanma, stress, natamam qidalanma və s.) zəiflədikdə bu insanlarda vərəm xəstəliyi inkişaf edə bilər.
Hal hazırda vaxtında aşkar olunmuş vərəm tam müalicə olunur və insan sağalır.
Vərəm xəstəliyindən qorunmaq üçün bəzi sadə qaydalara əməl etmək lazımdır. Saglamolun.az sizə bu qaydaları təqdim edir:
1. Gigiyena qaydaların ciddi riayət edin. Xüsusilə çöldən evə qayıtdıqdan sonra mütləq əllərinizi yaxşı yuyun, çöldə, ictimai yerlərdə üzünüzə, gözlərinizə, ağzınıza toxunmayın. Evin bütün səthlərini tez-tez nəm əski ilə silin, evin havasını gündə bir neçə dəfə dəyişin.
2. Yaxşı qidalanın. Qidalanmada mütləq zülallarla zəngin olan məhsullar (ət, yumurta, süd məhsulları) olmalıdır. Zülallar immun sisteminin normal fəaliyyəti üçün ən vacib olan maddələrdir.
3. Siqaret çəkməkdən imtina edin. Siqaret çəkən insanlar vərəm infeksiyasına görə risk qrupuna daxildir.
4. İdmanla məşğul olun, hər gün açıq havada gəzin.
5. Stresli vəziyyətlərdən qaçın. Stress immun sistemini zəiflədir ki, bu da infeksion və digər xəstəliklərin inkişafına şərait yaradır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1099   Tarix: 19 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

kosmetoloq yay kolleksiyasi geyim şəkilləri boşanma səbəbləri uz derisine qulluq maskalari soz ehtiyati artirmaq boşanmalar kosmetika meseller novruz hakistalari novruz bayramı novruz bayramına aid hakışda laylalar