VƏSSALAM! Bu şəxslərin pensiyası ikiqat artdi
Xanim.az APA-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazirin sözlərinə görə, əmək pensiyaları haqqında qanunvericiliyə edilən dəyişikliyə əsasən, həmin şəxslərin pensiyaya çıxdıqdan sonra fərdi hesablarına yığılan pensiya kapitalından 72 aydan sonra yenidən istifadə etmək imkanı var: "Bu dəyişikliyə görə, pensiyaya çıxdıqdan sonra işləyən şəxslər öz fərdi hesablarında topladıqları vəsaiti pensiya təyin edildikdən 6 ildən sonra yenidən istifadə etmək hüququ qazandılar. Vətəndaş pensiyaya çıxdıqdan sonra onun hesabındakı pensiya kapitalı sıfırlanırdı və pensiya təyin olunurdu. Sonradan işləməyə davam etdiyi müddətdə həmin fərdi hesabında pensiya kapitalı yığılmaqda davam edirdi. Yeni dəyişikliyə görə, 72 aydan sonra hesaba yığılan puldan istifadə imkanı yaranır. İnsanlar 72 aydan sonra müraciət etdikdə onun pensiyası yenidən hesablanır və fərdi hesabındakı məbləğ də hesablanaraq onun pensiyasının üzərinə gəlir".
S.Müslümov bildirib ki, artıq 8000-dək vətəndaş bu hüquqdan istifadə edib. "Onların ortalama pensiyalarının artımı 176 manat olub. Həmin şəxslərin pensiyalarının 2 dəfədən çox artmasına gətirib çıxardığını deyib. Bu proses hazırda da davam edir", - o vurğulayıb.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin