Veypdən yaranan xəstəliklərin səbəbi məlum oldu
ABŞ xəstəliklərinə nəzarət və profilaktika mərkəzləri veyplərdən yaranan xəstəliklərin mümkün səbəbini açıqlayıb.
Milli.Az bildirir ki, mütəxəssislərin fikrincә, bu xəstəliklərə E vitamininin asetatı gətirib çıxara bilər.
Alimlər 29 xəstənin üzərində tədqiqat apararaq belə bir nəticəyə gəliblər. Xəstələrin hər birində E vitamininin asetatının izlərini müşahidə olunub, digər zəhərli elementlər isə aşkar edilməyib.
E vitamininin asetatı çox vaxt dəriyə qulluq vasitəsi kimi istifadə olunur. Lakin o, qızdırılarkən və nəfəs alarkən təhlükəlidir.
Mütəxəssislər hesab edirlər ki, dəqiq səbəbləri müəyyənləşdirmək üçün daha çox elmi məlumat lazımdır.
Qeyd edək ki, ABŞ-da iki mindən çox xəstəlik qeydə alınıb ki, bunlardan 39-u ölümlə nəticələnib. Onların hamısı da elektron siqaretlərdən istifadə edirdilər. (ölkə.az)
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir