Vəziyyət ciddidir: məsuliyyətli olmasaq...

Vəziyyət ciddidir: məsuliyyətli olmasaq...Koronavirus pandemiyasının sovuşduğunu düşünənlər varsa, yanılırlar. Tam əksinə, bəla daha da ağır forma alıb, yoduxmaların sayı artır və bu, bütün dünya miqyasında müşahidə olunur.
Son günlər COVİD-19 pandenmiyası ilə bağlı situasiya pisləşdiyindən Monteneqro dünəndən etibarən qonşu Bosniya-Hersoqovina ilə sərhədlərini bağlayıb.
Ukraynada ötən sutka ərzində 829 yoluxma qeydə alınıb, 23 nəfər koronavirusdan ölüb. Ümumiyyətlə isə pandemiya dövründə Ukraynada 34063 nəfər koronavirusa yoluxub, 966 nəfər ölüb.
Rusiyada da vəziyyət ağır olaraq qalır. Koronavirusdan ölən tibb işçilərinin sayı artıq 500-ə çatıb.
Çində paytaxt Pekində bu gündən etibarən ölkənin bütün başqa regionları ilə sərnişin daşımaları dayandırılıb. Səbəb koronavirusdur.
Son 24 saat ərzində Qırğızıstanda COVID-19 virusuna 132 yoluxma faktı qeydə alınıb. Beləliklə, ölkədə virusa yoluxanların sayı 2789 nəfərə çatıb.
Virusa yeni yoluxanların 24-ü tibb işçisidir. Ümumiyyətlə, pandemiya dövründə bu virusa 533 tibb işçisi yoluxub.
İraqda koronavirusa yoluxma və ölüm halları artmaqda davam edir.
Son 24 saat ərzində ölkədə 1463 nəfər virusa yoluxub, 83 nəfər həyatını itirib.
Ümumilikdə İraqda 25 min 717 nəfər koronavirusa yoluxub, 856 xəstə vəfat edib.
Vəziyyət ciddidir: məsuliyyətli olmasaq...İraqda sərt karantin rejimi davam edir. Ölkədə ali və orta ixtisas məktəbləri, beynəlxalq və daxili təyyarə reysləri təxirə salınıb.
Dünyada indiyədək 8 milyon 583 min 928 nəfər koronavirusa yoluxub.
Xəstəliyə yoluxanlardan 456 432 nəfər vəfat edib, 4 milyon 532 min 598 nəfər isə sağalıb.
Ümumiyyətlə isə, dünya ölkələri üzrə koronavirusa yoluxanların və ölənlərin statistikasına görə, ilk yerlərdə duran ölkələr belədir:
1. ABŞ - 117717 ölüm, 2163290 yoluxma
2.Braziliya - 6510, 955377
3. Britaniya -  42238, 300717
4. İtaliya - 34448,237828
5. Fransa - 29578,194805
6. İspaniya - 27136, 244683
7. Meksika - 19080, 159793
8. Hindistan - 11903, 354065
9. Belçika - 9675, 60244
10. İran - 9185, 195051
Belə durumda Azərbaycanda xüsusi karantin rejimi uzadılması, iki həftəlik ciddi karantin rejimi tətbiq olunması barədə qərar qəbul olunub.
Ciddi karantin rejimi Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda 21 iyun saat 00.00-dan 5 iyul saat 06.00-dək tətbiq ediləcək.
Ciddi karantin şərtlərinə əsasən məhdudiyyətlərin siyahısı belədir:
- SMS xəbərdarlıq və xüsusi icazə əsasında evdən çıxmanın tətbiq olunması
- dövlət və özəl təşkilatlarda işləyənlərlə bağlı məhdudiyyətlər, yəni müxtəlif vaxtlarda işə başlanması, işçi heyətin həftəlik əsasda 3 qrupa bölünməsi
- ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması
- ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərin dayandırılması
Vəziyyət ciddidir: məsuliyyətli olmasaq...- bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər, o cümlədən bu sahələrdə müştərilərə evində və ya digər məkanlarda xidmətlərin dayandırılması
- muzey və sərgi zallarının fəaliyyətinin dayandırılması
- malların satışı və xidmətlərin göstərilməsi ilə bağlı istisnalar nəzərə alınmaqla məhdudiyyətlərin tətbiqi
- açıq havada idman oyunları
Ölkədə xüsusi karantin rejimi isə avqustun 1-dək uzadılıb. Həmin müddətə qədər dövlət sərhədləri bağlı qalacaq.
Ciddi karantin rejiminin tətbiq olunduğu müddətdə buraxılış və qəbul imtahanları təxirə salınacaq, növbəti vaxta təyin ediləcək.
Yalnız Naxçıvan ərazisində bu imtahanlar ola bilsin ki, keçirilsin. Gələn həftə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən bununla bağlı daha ətraflı məlumat veriləcək.
Xatırladaq ki, Azərbaycanda koronavirusa görə martın 24-dən xüsusi karantin rejimi tətbiq edilir. Aprelin 27-dən isə rejimin qaydaları yumşaldılıb.
Bundan başqa hələ də qüvədə olan bəzi məhdudiyyətlər də davam edir ki, onların da siyahısı belədir:
- rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkəti,
- tibbi xidmətlər istisna olmaqla idman, sağlamlıq, bərpa üzrə xidmətlər
- mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti,
- hotellərin fəaliyyətinin bərpası,
- beynəlxalq səfərlər,
- dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətlərin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri,
- tədbirlərin təşkili üzrə xidmətlər,
- təhsil müəssisələrində fəaliyyətin dayandırılması,
- eləcə də 10 nəfərdən artıq qrupda cəmləşmə məhdudiyyətləri qüvvədə qalır.
65 yaş və daha yuxarı yaşlı insanların evdən çıxması məhdudlaşdırılmır.
Lakin yaşı 65-dən yuxarı olanlara mümkün qədər ictimai yerlərə getməməyi, mümkün qədər evlərində təcrid vəziyyətində qalmalarını tövsiyə edilib.
Bakı Metropoliteninə gəldikdə isə, onun fəaliyyəti davam edəcək, bulvar, park və istirahət məkanlarına giriş məhdudlaşdırılmayacaq.
Vəziyyət ciddidir: məsuliyyətli olmasaq...Xüsusi karantin rejimi günlərində metro ilə yanaşı, digər ictimai nəqliyyat növləri də fəaliyyətinə davam edəcək.
İş rejimi ilə bağlı özəl və dövlət sektorunda çalışanlar şəxsi avtomobillərdən istifadəsi nəzərdən keçiriləcək.
Və ən nəhayət, ciddi karantin rejimi tətbiq olunan bölgələrdə çimərliklərdən istifadəyə tam məhdudiyyət qoyulacaq.
SMS icazə sistemi ilə çıxışa imkan verilən müddət ərzində park, bulvar açıq olduğuna görə saatları insanların bir arada sıx toplaşmaması baxımından tənzimlənəcək şəkildə icazə mümkün olacaqdır. Yəni necə ki, SMS vasitəsilə ilə alış-verişə çıxdığımız müddət müəyyən olunurdu, SMS vasitəsilə həkimə gedib-gəlmək müəyyən olunurdu, bu çərçivədə yanaşılacaq.
Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb. Hazırda yoluxanların sayı 11 mini, ölənlərin sayı isə 130-u keçib.
... Xüsusi, sərt karantin rejiminin bərpa olunmasına zərurət vardımı?
Bəli, vardı.
Buna səbəb nədir? Vətəndaşların sosial məsafə qaydalarına əməl etməməsi, yoxsa, hökumətin daha öncə sərtləşdirdiyi qaydaları yumşaltması?
Martın 24-dən tətbiq edilən karantin rejimi aprelin 27-dən yumşaldılmışdı. Bəzi şəhər və rayonlarda gediş-gəliş bərpa olundu, mağazalar, kafe və restoranlar açıldı.
Azərbaycanın bəzi bölgələrində SMS icazə mayın əvvəlində ləğv edilib, restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunub, bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülüb, mayın sonunda isə iri ticarət mərkəzləri və "mollar" açılıb.
Bakının mərkəzində bir çox restoranları açıq və müştəriylə dolu görmək olardı. Digər tərəfdən isə, məsələn, notariat kimi xidmətlərin qarşısında sosial məsafə gözləməyən müştəriləri görmək mümkündü.
Ümumiyyətlə, Bakıda müştərilər arasında sosial izolyasiya məsafəsinin gözləndiyi kafe, restoran və s. iaşə müəssisəsi ilə yanaşı, marketləri də barmaqla saymaq mümkündür.
Fakt budur ki, aprelin 27-dən karantin rejiminin yumşaldılması əks nəticə verib və yoluxanların sayı artmağa başlayıb.
Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar.
Vəziyyət ciddidir: məsuliyyətli olmasaq...Yoluxmaların sayında artımın səbəbi həm qaydaların hazırlıqsız yumşaldılması, həm də insanların davranışıdır.
30 kvadrat metrlik bir mağazaya 20 adam girir, satıcı maskasız, camaat maskasız, girişdə dezinfeksiyaedici məhlul yox, paltarlara çox adam əl vurur.
Vətəndaşlar məsuliyyətsizlik göstəriblər və küçələrdə maskasız, məsafə gözləmədən hərəkət edib, bir-biri ilə ünsiyyətdə olublar, heç bir karantin qaydalarını gözləmədən hərəkət ediblər.
Kafelərin, restoranların, mağazaların açılmasında yanlışlıq olsa da, vətəndaşlar özləri bunu tənzimləməli idilər.
Ticarət mərkəzlərinə icazə verilib. 30 kvadrat metrlik bir mağazaya 20 adam girir, satıcı maskasız, camaat maskasız, girişdə dezinfeksiyaedici məhlul yox, paltarlara çox adam əl vurur. Belə olmaz. 30 kvadrat metrlik ərazidə satıcılarla birgə maksimum 8 adam olmalıdır, 9-cu adam ora girə bilməz. Belə normativlər olmalıdır.
Bir daha təkrar edirik: yoluxma sayının artırılmasında karantin rejiminin yumşaldılmasının rolu var.
Bu yumşaldılmalar insanların yenidən iş yerlərinə qayıtmasına və toplaşmasına səbəb oldu və insanlar təhlükənin ötüşdüyünü düşündü.
İctimai nəqliyyatda, qapalı yerlərdə maskadan istifadə məcburi olsa da, Bakıda buna çoxlarının əməl etmir Bakı metrosuna sərnişinlər maskasız buraxılmasalar da, şəhərdaxili avtobuslarda həm sıxlıq müşahidə edilir, həm də bəzi vətəndaşlar maskasız olurlar.
Baş nazir Əli Əsədovun mayın 29-da imzaladığı qərara görə insanlar arasında sosial məsafə 1,5-2 metr olmalıdır və tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni tibbi maska, parça maska, respirator və sair istifadə edilməlidir. Bundan başqa aşağıdakı məkanlarda maska mütləq taxılmalıdır:
-  Avtobus, taksi, metro, dəmiryolu və digər nəqliyyat vasitələrində
- bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində,
- dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə,
- fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində
- açıq sahəli ofislərdə və istehsalat yerlərində
- tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə
- ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə
- insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda maskadan istifadə olunmalıdır.
Qərarda o da qeyd olunur ki, maskadan istifadə COVID-19 infeksiyasına qarşı digər qoruyucu tədbirləri, yəni gigiyena, sosial məsafə və s. əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.
Epidemoloji vəziyyət nəzarətdən çıxarsa, vətəndaş məsuliyyətsizliyinin qarşısının alınması, itkilərin azaldıması üçün komendant saatının tətbiqi mütləqdir. Bu hal ölkə konsitusiyasnın 112-ci maddəsin də qeyd edilib.
Vəziyyətin təhlükəli yönü isə odur ki, ölkədə koronavirusa yoluxma ilə bağlı gündəlik statistika 1000-ə yaxınlaşarsa, Azərbaycanda fövqəladə vəziyyət elan oluna bilər. Yəni epidemiya ölkə ərazisinin 25-nə kimi yayılsa, fövqəladə vəziyyət elan edilə bilər. Qanuna görə, fövqəladə vəziyyət 60 gün müddətində müəyyən edilir. Bu müddətin azalması və ya artırılması növbəti 60 gün ərzində aydınlaşdırıla bilər.
Vəziyyət ciddidir: məsuliyyətli olmasaq...Fövqəladə vəziyyət  tətbiq ediləcəyi halda, bu qərardan irəli gələn vəzifələr və tədbirlər yerli icra orqanları tərəfindən təyin edilən komendanta həvalə edilir.
İcazəli buraxılışlar, ərzaq , qida təhlükəsizliyi günün müəyyən saatlarında küçəyə çıxma, kimlərisə inzibati məsuliyyətə cəlb etmə kimi səlahiyyətlər də komendatda olur.
Qanuna görə, fövqəladə vəziyyət elan ediləcəyi təqdirdə azı 3 gün öncədən əhaliyə məlumat verilməlidir. Eyni zamanda bu qərarla bağlı beynəlxalq təşkilatlar da xəbərdarlıq edilməlidir. Bütün bunların qanunun izahlı şərhi olsa da, məsuliyyətli davransaq, bu vəziyyətə gəlib çıxmarıq.
Yetər ki, məsuliyyətli olaq, rəsmi qurumların və dövlət strukturlarının tövsiyələrinə əməl edək.
Elçin Alıoğlu
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1262   Tarix: 19 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Zərərli olduğu deyilən pendir növləri demensiyanın qarşısını alırmış

Pendirin istehlakı demensiyanın qarşısını almağa kömək edə bilər. xəbər verir ki, İsveçli alimlər yağlı süd məhsulları, xüsusilə yağlı pendirlər və krem məhsullarının demensiya riskini azalda biləcəyini müəyyən ediblər. Araşdırmad

.

Kondisioner yaşlılarda ölüm riskini azaldır – Yeni araşdırma

Kanadalı alimlərin araşdırmasına görə, kondisioner istifadə edən yaşlı insanlar isti havalarda daha uzun yaşayır. Tədqiqat 2010-2023-cü illər arasında qocalar evlərində 74.00 ölüm hadisəsini analiz edib. xəbər verir ki, nəticələ

.

Ayaq göbələyi necə keçir? Ayaq göbələyinə nə kömək edir?

Ayaq göbələyi geniş yayılmış dəri problemlərindən biridir və ayaq dərisində müəyyən göbələk növlərinin çoxalması nəticəsində yaranır. Ən çox barmaqların arasında müşahidə olunsa da, növündən asılı olaraq ayağın üst hissəsində

.

Paltaryuyan maşınlardakı çoxsaylı rejimlər nə üçündür? – Bilmədikləriniz

Müasir paltaryuyan maşınlar artıq əvvəlki kimi sadə deyil. Yeni nəsil modellərdə onlarla fərqli yuma proqramı mövcuddur və hər biri konkret ehtiyaclara uyğunlaşdırılıb. Yuma prosesində yalnız rejim seçimi deyil, həm də suyu

.

Niyə gündə üç dəfə yemək vacibdir? - Diyetoloqdan xəbərdarlıq

Gündə üç dəfə qidalanmadan imtina orqanizmdə maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər. xəbər verir ki, diyetoloq və qastroenteroloq Viktoriya bildirib ki, qida qəbulları arasındakı fasilə yuxu vaxtı istisna olmaqla

.

Qışda hamının etdiyi səhv - Evdə uşaq varsa, nəticəsi daha da pis olur

Paltarların evin içində paltar ipində və ya radiator üzərində qurudulması rütubəti artırır, kif göbələklərinin yaranmasına şərait yaradır və xüsusilə uşaqlar üçün ciddi sağlamlıq riskləri doğurur. xəbər verir ki, Araşdırmalar

.

Orqanizmi təmizləyir, həzmi yaxşılaşdırır, dərini qoruyur - Detoksun faydaları

Müasir həyat tərzi, qeyri-sağlam qidalanma, hava çirkliliyi, stress və kimyəvi maddələr orqanizmdə toksinlərin yığılmasına səbəb olur. Bu toksinlər zamanla həm fiziki, həm də psixoloji sağlamlığa mənfi təsir göstərə bilər

.

Qızartma yağ neçə dəfə istifadə oluna bilər? - Günəbaxan, qarğıdalı, zeytun yağı üçün hədd

Qızartma yağı hər dəfə qızdırıldıqda təkcə isinmir, həm də quruluşu dəyişir. Eyni yağın neçə dəfə istifadə oluna bilməsi onun növündən, istiyə davamlılığından və xarab olma əlamətlərindən asılıdır. Günəbaxan və qarğıdal

turlar.az

qaşların formalari kosmetoloq makiyaj instagram qadin psixologiyasi sufle hazirlanmasi qırmızı xalça praktik məsləhətlər kosmetika rus dilin nece orenek gunay cinsi əlaqə big.az qoğalın nağlı