Virus Azərbaycana da gəlib çıxdı: Tibbi masakalardan istifadə olunacaq? - Rəşid Mahmudov AÇIQLADI

Virus Azərbaycana da gəlib çıxdı: Tibbi masakalardan istifadə olunacaq? - Rəşid Mahmudov AÇIQLADI22 yaşlı Azərbaycan vətəndaşı xarici ölkəyə turistik səfərdən sonra meymunçiçəyi virusuna yoluxduğundan şübhələnərək xəstəxanaya müraciət edib. Mütəxəssislərin epidemioloji araşdırması və laborator müayinələr nəticəsində virusun varlığı təsdiqlənib. Hazırda xəstə müalicə alır, ailə üzvləri isə müşahidə altındadır.
Meymunçiçəyi virusunun yayılma riski və ölkə daxilində profilaktik tədbirlər nə dərəcədə effektivdir? Belə halların qarşısını almaq üçün hansı əlavə tədbirlər görülməlidir?
Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov meymunçiçəyi virusunun yayılması və təhlükəsi ilə bağlı "Ajans.az"-a açıqlamasında virusun ölümcül ola biləcəyini və profilaktik tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Mahmudovun sözlərinə görə, meymunçiçəyi virusunun kökləri 1980-ci illərdə yox edilmiş çiçək xəstəliyinə dayanır.
O bildirib:
"1980-ci illərə qədər çiçək xəstəliyi dünyada tüğyan edirdi. Daha sonra peyvənd tapıldı və xəstəlik yavaş-yavaş yox olmağa başladı. Ancaq xəstəlik yox olan kimi yerini yeni bir immun xəstəliyi aldı. Çiçək xəstəliyi tibb dünyası tərəfindən dünyanın ən ağır infeksiyalarından biri kimi tanınırdı. Sonradan məlum oldu ki, Konqonun yaxınlığında geniş bir meşəlikdə yaşayan meymunlardan bu xəstəlik yaranıb və həmin virus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən nəzarətdə saxlanılırdı. Amma zamanla virus geniş yayıldı. Bu gün yoluxucu olan meymunçiçəyi virusu həmin hadisələrə dayanır."
Rəşid Mahmudov meymunçiçəyi virusunun yoluxuculuğunun və ağır gedişatının xüsusilə zəif immunitetli insanlar üçün böyük risk yaratdığını qeyd edib:
"Hər bir virus xəstəliyi kimi meymunçiçəyi də yoluxucu və ağır bir xəstəlikdir. Xəstəliyin nəzarətdə saxlanılması mütləqdir. Əgər immuniteti zəif olan insanlar varsa, onlar bu xəstəliyi daha ağır keçirir və hətta ölüm riski də artır. Buna görə gigiyenik qaydalara ciddi əməl etmək vacibdir."
Dosent əlavə edib ki, virusun geniş yayılma ehtimalı yaranarsa, cəmiyyət ciddi tədbirlər görməlidir:
"Virus kütləvi yayılarsa, yenidən ciddi karantin rejimi tətbiq etmək və tibbi maskaların istifadəsinə keçmək zəruri ola bilər. Bununla yanaşı, virusa qarşı peyvəndin hazırlanması prioritet olmalıdır. Tibbi araşdırmalar bu istiqamətdə davam etməlidir. Meymunçiçəyi virusuna qarşı peyvənd və dərman preparatlarının hazırlanması üçün beynəlxalq səviyyədə elmi tədqiqatlar aparılır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, virusun yayılmasının qarşısını almaq üçün effektiv tədbirlər görülməli və gigiyenik standartlara riayət olunmalıdır". 
Milli.Az

Xəbərlər     Baxılıb: 1701   Tarix: 18 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

reseptler qadın geyimi geyim necə seçməli qaynar qazan 2026 qadın ayaqqabı modelləri ayaqqabı və çanta qonaq otagi dizaynlari kosmetika arxadan olmag rus dili seksi novruz bayramı haxışta xlor lekesi