Virus daha geniş miqyasda yayılacaq - XƏBƏRDARLIQ
Pediatr Vaqif Qarayev bildirib ki, bəzi şəxslər guya iddia edir ki, uşaqlar arasında qəsdən xəstəlik yayırlar.
Milli.Az xəbər verir ki, mütəxəssis virusların qəsdən yayılması ilə bağlı səsləndirilən fikirləri əsassız və elmi əsasdan kənar adlandırıb.
"Ciddisiniz? Hər il payız-qış mövsümündə respirator viruslar baş qaldırmırmı? İndi tutaq ki, kənardan virus gətirmək mümkündür, bəs sovet dövründə bundan da ağır epidemiyalar yaşanıb, onda kim yayırdı bu virusları?" - deyə o bildirib.
V.Qarayev qeyd edib ki, belə əsassız iddialar yaymaq əvəzinə, valideynlər övladlarını qorumağa çalışmalıdır:
"Uşaq xəstədirsə, təcrid edin, gigiyenik qaydalara riayət edin, maskadan istifadə edin. İndi hamı uşaqlarını bayram tədbirlərinə aparacaq və nəticədə virus daha geniş miqyasda yayılacaq. Deməli, virusu özümüz yayırıq".
Mina Mikayılova
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO