Virus infeksiyalarına qarşı yüksəkdozalı vitamin

Virus infeksiyalarına qarşı yüksəkdozalı vitaminMövsümlə əlaqəli rast gəlinən xəstəliklər sırasında kəskin respirator virus infeksiyaları daha çox yer tutur. Yaz və payız aylarında bu xəstəliklərə yoluxma intensivliyi artır. Bunun əsas səbəbi - mövsüm dəyişikliyində immunitetin zəifləməsi, soyuğun təsirindən tənəffüs yollarının selikli qişasının qıcıqlanmasıdır.
Kəskin respirator virus infeksiyaları, yoluxucu virus xəstəliklərinin böyük bir qrupunu təşkil edir; yayılmaya meyillidir. Bunlara qrip, paraqrip, adenovirus, rinovirus və respirator-sinsitial virusların törətdiyi xəstəliklər aiddir. Bu xəstəliklərdə əsasən tənəffüs sistemi üzvlərinin selikli qişaları zədələnir.
Milli.Az "Medicina"-ya istinadən xəbər verir ki, bütün kəskin respirator virus infeksiyaları üçün xəstəliyin ilkin əlamətləri: hərarətin tədricən qalxması, baş ağrısı, asqırma, öskürmə, iştahanın azalması, yuxunun pozulması, boğazda, göz almasında ağrı və s. Xəstəliyə yoluxma asqırma, öskürmə zamanı virusların ətrafa yayılması ilə baş verir. Bu zaman digər xəstəliklər də (anginalar, vərəm, böyrək xəstəlikləri və s.) kəskinləşə bilər. Uşaqlarda anginanın inkişafının bir səbəbi də kəskin respirator xəstəliklərə tez-tez yoluxmasıdır.
Virus infeksiyasından qorunmaq və xəstəliyə yoluxmamaq üçün vacibdir:
-tibbi maskadan istifadə;
-otaq havasının tez-tez dəyişdirilməsi;
-əllərin təmizliyi
- sağlam qidalanma
- immun sisteminin gücləndirilməsi.
İmmun sisteminin gücləndirilməsi virus infeksiyalarının profilaktikası üçün əhəmiyyətli şərtlərdəndir. Vitamin C virusəleyhinə immun cavabda mühüm rol oynayır. Xüsusilə vitamin C-nin yüksək konsentrasiyası immun sisteminin virusa qarşı adekvat cavabı üçün çox vacibdir, çünki mitoxondrial, virusəleyhinə siqnal zülallarının və interferonun əmələ gəlməsi üçün bütöv kaskadı induksiya edir. Həmçinin, Vit. C defisitində dərinin və selikli qişanın baryer funksiyası yetərli olmur.
Vitamin C-nin immun hüceyrələrdə konsentrasiyası 1 saat ərzində 50% azalır. Lazım olan qədər qəbul edilmədikdə, vitamin C-nin çatışmazlığı yaranır ki, bu da orqanizmin immun sistemini zəiflədir.
Virus infeksiyası immun sisteminin iltihab cavabını işə salaraq immun sistemini zədələyir, bu da müxtəlif ağırlaşmalar, o cümlədən pnevmoniya kimi fəsadın inkişafına gətirib çıxara bilər. Vitamin C orqanizmdə güclü antioksidant və əsas immunomodulyatorlardan biri olaraq, infeksiyaya və iltihaba qarşı müdafiəni aktivləşdirir. Bu məqsədlə venadaxili Yüksəkdozalı vitamin C kəskin respirator virus xəstəliklərinə yoluxmuş insanlara tövsiyə olunur.
Yüksəkdozalı Vitamin C-nin terapevtik faydası tədqiqatlarla sübut olunub. Yüksəkdozalı vitamin C-nin çoxsaylı farmakoloji xüsusiyyətləri sırasında aşağıdakılar immun sisteminə təsir edərək virus infeksiyalarının profilaktika və müalicəsində olduqca əhəmiyyətlidir:
• İmmun sisteminin spesifik hüceyrələri və neytrofillərin aktivliyini normallaşdıraraq virus və bakteriyaya qarşı immun cavabı təmin edir
• Komplement sistemini aktivləşdirir
• İnterferon sintezini artırır
• Antioksidant təsir göstərir
İstifadə qaydası: Yüksəkdozalı vit. C 7,5 g - 50 ml + NaCl 0,9% -100 ml venadaxili damcı üsulu ilə həftədə 2 dəfə.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1141   Tarix: 10 mart 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

yaz geyimleri 2026 qis geyimləri 2026 qadın geyimi donlar 2026 yay vaginal təmizlik xiyarın faydaları geyim kombinləri kosmetika ziyafet geyimleri qurd ve quzu dolça google haxışda