Virusa yoluxmanı göstərən 11 ƏLAMƏT- Ən çox bunlara rast gəlinir

Virusa yoluxmanı göstərən 11 ƏLAMƏT- Ən çox bunlara rast gəlinirKoronavirus geniş yayıldıqca, xəstəlik barədə araşdırmalar artdıqca, virusun əvvəllər fərq edilməyən simptomları ortaya çıxır. 
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, artıq əlamətlərlə bağlı yenilənmiş siyahıda 11 simptom vurğulanır.
Koronavirusun adını ilk dəfə eşitdiyimiz zaman, pandemiya yeni başlayan dövrdə qısa simptomlar siyahısı vardı. Buraya yüksək hərarət, öskürək və nəfəs darlığı daxil idi. Virus yayıldıqca, bununla əlaqədar tədqiqatlar genişləndikcə simptomların siyahısı günü-gündən daha da uzandı. Aprel ayında rəsmi olaraq COVID-19-un 9 əlaməti elan edildi. Bu yaxınlarda isə siyahı yeniləndi və üç yeni simptom əlavə olundu: Burun tıxanıqlığı, ürəkbulanma, qusma və ishal. Əslində, bunlar daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı təmsilçiləri tərəfindən COVID-19-un simptomlarından biri kimi təsvir edilmişdi, lakin rəsmi olaraq açıqlanmamıdşı. Beləliklə, hazırda koronavirusun əsas əlamətləri bunlar sayılır:
Yüksək hərarət- COVID-19-un ən çox rast gəlinən simptomu kimi təsvir olunur. Bədən temperaturunun 38 dərəcədən yuxarı olması təhlükəli sayılır.
COVID-19-a yoluxanlarda ən çox ortaya çıxan əlamətlərdən biri quru öskürəkdir. Bu halda adətən bəlğəm və ya selik görünmür.
Nəfəs darlığı da ümumi simptomlardan biridir.
Dad və qoxu itkisi- virusun burun boşluğuna daxil olaraq oradakı iybilmə mərkəzlərinə təsiri nətəcəisində baş verir.
Tənəffüs sisitemi xəstəliyi olan COVID-19 boğaz ağrısına da səbəb olur. Xüsusilə davamlı öskürək zamanı boğaz qıcıqlana bilər.
Burun tıxanıqlığı və ya axıntı virus xəstəliklərində görünən ümumi bir simptomdur. Virus səbəbindən burun boşluğunun şişməsi axma və ya tıxanıqlıq yaradır.
COVID-19-a yoluxma zamanı ürəkbulanma, qusmanın səbəbi tam izah edilməyib. Bir nəzəriyyəyə görə, burun keçidindən mədəyə düşən virus bu hallara səbəb olur. Eləcə də digər əlamət ishal haqqında da eyni nəzəriyyə irəli sürülür. Mədəyə düşən virus həzm sistemində irəliləyərək ishala da səbəb olur. 
Yorğunluq hissi bədənin virusla mübarizəsi nəticəsində yaranır. İmmun sistemi virusa qarşı cavab reaksiyası olaraq bədənin enerjisindən istifadə etdiyinə görə, digər fəaliyyətlər üçün kifayət qədər enerji qalmır. 
Yoluxmuş insanların hiss etdiyi əzələ və bədən ağrıları qrip kimi digər virus infeksiyaların da tipik əlamətidir.
Xəstələrdə rast gəlinən baş ağrıları yüksək hərarət zamanı ortaya çıxan haldır. Bundan başqa, xəstəlik zamanı nizamsız yuxu, normal qida qəbul etməmək və ya kifayət qədər su içməmək baş ağrılarına da səbəb ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1224   Tarix: 22 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

makiyaj instagram aksessuarlar sade makiyaj sekilleri displaziya qargidali yaginin faydalari qurd xəstəlikləri dəridə ləklər kosmetika intim munasibetler uşaq şeirləri kökəlmək üçün suni mayalanma buga burcu