Viruslara qarşı qalxan: Gündə neçə diş sarımsaq yemək olar?

Viruslara qarşı qalxan: Gündə neçə diş sarımsaq yemək olar?Sarımsaqda çoxlu faydalı xüsusiyyətlər var. Bu məhsul bir sıra xəstəliklərə dərmandır. Səbəbi isə tərkibində orqanizmi virusların təsirindən qoruyan faydalı yağların olmasıdır.
Milli.Az xəbər verir ki, bu barədə rusiyalı diyetoloq Yelena Solomatina xəbər verib.
Bununla belə, diyetoloq sarımsağın istehlak normasının hər kəs üçün fərqli olduğunu bildirib.
"Mən gündə bir diş çiy sarımsaq yeməyi tövsiyə edirəm. Amma bəzi insanlar bu məhsuldan tamamilə imtina etməlidirlər. Məsələn, mədə-bağırsaq traktı ilə problemi olanlar. Efir yağları bağırsağın selikli qişasına qıcıqlandırıcı təsir göstərir və kəskinləşməyə səbəb ola bilər", - deyə Solomatina xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, sarımsaq qanı yaxşı durulaşdırır, ona görə də, aterosklerozdan əziyyət çəkən insanlar üçün faydalıdır.
"Lakin əgər insanın qanı durulaşdırmaq deyil, əksinə, onu laxtalandırmaq lazımdırsa, sarımsağı qida rasionundan tamamilə çıxarmaq lazımdır", - deyə diyetoloq dəqiqləşdirib.
O, sarımsaqda "C", "B6", "B1", "B2", "B3", "B5", "B9" kimi vitaminlər, həmçinin kalsium, kalium, fosfor, selen, maqnezium, natrium, sink, dəmir və manqan kimi faydalı mikroelementlər olduğunu vurğulayıb.
"Lakin başa düşmək vacibdir ki, soyuqdəyməni yalnız onunla müalicə etmək olmaz. O, viruslarla mübarizədə düzgün müalicə ilə birlikdə əla köməkçi ola bilər", - deyə Solomatina sözlərini yekunlaşdırıb.

Xəbərlər     Baxılıb: 1250   Tarix: 02 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

adlarin menasi geyim necə seçməli reseptler yuxu pozğunluğu xərçəng bürcü duxovkada toyuq qizartmasi paltar modelleri kosmetika vusale elizade ikizler novruz hakistasi yemek reseptleri nağıllar