Volfqanq Amadey Motsart

Volfqanq Amadey MotsartMotsart (1756 - 1791) dünya mədəniyyətinin ən böyük dühalarındandır. Həyatın sevincli və kədərli anlarını, şən gülüş və ağır faciə obrazlarını eyni təsir gücü ilə canlandıran Motsart musiqisi iki yüz ildən artıqdır ki, insanları heyran edir. Hələ üç yaşında ikən balaca Volfqanq klavesində və skripkada çalır, hətta ilk musiqi əsəri bəstələyirmiş. İstedadının belə erkən yaşından üzə çıxması baxımından dünya musiqisində Motsartın tayı-bərabəri yoxdur. Xoşbəxtlikdən, tale Motsarta qayğıkeş, həssas musiqi müəllimi bəxş etmişdi. Bəstəkarın atası tanınmış musiqiçi və pedaqoq Leopold Motsart balaca Volfqanq və onun istedadlı bacısı Anna Mariya ilə ciddi məşğul olaraq onların qeyri-adi musiqi bacarığını yalnız doğma vətənləri Avstriyada deyil, eləcə də Avropanın müxtəlif ölkələrində - Almaniyada, Fransada, İngiltərədə, İtaliyada və İsveçrədə nümayiş etdirir. "Balaca möcüzə" adını qazanmış Motsart bircə dəfə dinlədiyi melodiyanı asanlıqla təkrarən çalır, verilmiş musiqi mövzusu əsasında qısa bir vaxtda yeni bir əsər yarada bilirmiş. Bir dəfə isə kiçikyaşlı Volfqanq klavişləri dəsmalla örtülmüş klavesində mürəkkəb bir pyesi böyük məharətlə ifa edib dinləyiciləri heyrətə gətiribmiş!dahi bəstəkar Motsart
6 yaşlı Motsartın əsərləri Fransada çap olunur. Artıq 14 yaşında isə o, İtaliya opera teatrının sifarişi ilə "Pont çarı Mitridat" adlı ilk operasını bəstələyir. Balaca Volfqanqı hətta İtaliyadakı Bolonya Akademiyasının üzvlüyünə qəbul edirlər! 26 yaşlı Motsart doğma Zalsburqu tərk edib Vyanada məskunlaşır. Burada o, gözəl operalar, simfoniyalar, konsertlər, kvartetlər, sonatalar bəstələyərək musiqi sənətinin ən yüksək zirvələrini fəth edir. Motsartın üç operası - "Fiqaronun toyu", "Don Ju-an" və "Sehrli fleyta" XVIII əsr opera sənətinin ən parlaq nümunələridir. Bu dövrdə yazılmış əksər operaların süni, uydurma xarakterli qəhrəmanlarından fərqli olaraq, Motsartın Fiqarosu, Süzannası, Don Juanı sanki real, canlı insanlardır. Hər birinin öz xasiyyəti, öz musiqi səciyyəsi var. 40-dan artıq simfoniya müəllifi olan Motsart bu janra dramatik gərginlik gətirmiş, özünün incə lirik duyumunu və psixoloji həssaslığını yüksək bədii səviyyədə əks etdirmişdir. Təsadüfi deyil ki, qeyri-adi səmimiliyi, həyəcanlığı ilə fərqlənən Motsartın 40 N-li simfoniyası dünya simfonik musiqisinin ən gözəl inciləri sırasındadır. Məşhur "Rekviyem" bəstəkarın son əsəridir (rekviyem kilsədə ifa olunan matəm xarakterli xor əsəridir). "Rekviyem"i ona adını gizli saxlamış qara paltarlı bir şəxs sifariş vermişdir. Əsərin qəribə, hətta demək olar ki, müəmmalı şəkildə sifariş edilməsi Motsarta çox ağır təsir göstərmişdir. Ona elə gəlir ki, "Rekviyem"i qurtardıqdan sonra həyatı tərk edəcək və bu əsər elə onun özünün dəfnində ifa olunacaq. Lakin Motsart heç əsəri bitirməyə belə macal tapmır, cəmi otuz altı yaşında ikən vəfat edir. Sonradan məlum olur ki, varlı bir qrafmaddi ehtiyac duyan bəstəkarlara əsərlər sifariş verir və onları öz adına çıxırmış. Motsartın tələbəsi Züsmayer müəlliminin qaralamalarına əsaslanaraq əsəri tamamlayır. "Rekviyem" bu günədək dünya musiqi mədəniyyətinin ən dəyərli inciləri sırasındadır.
Dahi bəstəkarın dəfni onun adına, şəxsiyyətinə layiq olmayan bir şəraitdə keçmişdir. Ailəsinin pulu olmadığından Motsartı kasıblar üçün ayrılmış ümumi qəbirdə basdırmışlar. Qəbrinin yeri indiyədək məlum deyil.
Motsartla bağlı geniş yayılmış bir məsələyə də toxunmaq istərdik. Bəstəkara ithaf olunmuş müxtəlif əsərlərdə - A.Puşkinin "Motsart və Salyeri" poemasında, N.Rimski-Korsakovun eyniadlı operasında, M.Formanın "Amadeus" fılmində Motsartın, guya, italyan bəstəkarı Antonio Salyeri tərəfindən zəhərlənməsi barədə fikirlər irəli sürülür. Həmin əhvalatı həqiqət kimi deyil, tarixdə mövcud olan, lakin heç bir dəlillərlə sübut olunmamış fərziyyə kimi qəbul etmək lazımdır. Əlbəttə, bu, həmin əsərlərin bədii əhəmiyyətini heç də azaltmır - onlar həmişəyaşar, daim müasir olan Motsart sənətinin şərəfinə ucaldılmış gözəl abidələrdir.
VATİKAN QANUNLARININ POZULMASI
14 yaşlı Motsart Romada olarkən atası ilə birlikdə Sikst kapellasına gedir və orada Alleqrinin "Miserere" dini xor əsərini dinləyir. Sahibi Vatikan kilsəsi sayılan həmin əsərin nota köçürülməsi və yayılması qəti qadağan idi. Əsərə bircə dəfə qulaq asdıqdan sonra balaca Volfqanq onu bir gecədə bütövlükdə nota köçürür və bir neçə gündən sonra verdiyi konsertdə klavesində səsləndirir. Əslində, bu, kilsə qanunlarını kobud pozmaq demək idi. Lakin konsertdə olan və uşağın möcüzəli eşitmə qabiliyyətinə və yaddaşına heyran qalan Roma papası balaca Motsartı nəinki cəzalandırır, onu hətta "Qızıl Şpor Ordeni"nin kavaleri fəxri adına layiq görür.
Bu əsərlərlə tanış olun:
✓ "Fiqaronun toyu" operasi: uvertüra; Kerubinonun ariyasi; Fiqaronun ariyası
✓ "Don Juan" operasi: Don Juanın ariyası (1-ci pərdə)
✓ 40 N-li simfoniya
✓ Fortepiano sonataları lya major; lya minor
✓ "Rekviyem": "Lacrymosa" hissəsi

Motsartın məşhur Türk Marşı (Rondo Alla TURCA. Allegretto (Turkish March))

Maraqlı     Baxılıb: 2697   Tarix: 11 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

turlar.az

qis geyimləri 2026 geyim şəkilləri geyim seçimi şirniyyat və tortlar masaj i̇mtahana hazırlıq bilincik resepti kosmetika qaynana hakista balıq veten haqqinda atalar sozu salatlar pomidor