"WhatsApp"la bağlı çox PİS XƏBƏR
İstifadəçilərin nömrələrini "Facebook"da yayan şirkət məhkəməyə verildi
"WhatsApp" yenidən məhkəməlik olub.Qadinsayti.az-ın İstiPress-a istinadla verdiyi məlumata görə, dünyada ən çox istifadəçisi olan ani mesajlaşma xidmətinə qarşı iddia qaldırılıb.
"WhatsApp"da bunu edən yandı
İddiaya görə, milyonlarla insanın istifadə etdiyi xidmət itifadəçilərinin şəxsi məlumatlarını - telefon nömrələrini qanunsuz olaraq "Facebook"da paylaşıb. Bunun üçün şirkət Almaniya İstehlakçıları Qoruma Birliyi tərəfindən məhkəməyə verilib.
Qeyd edək ki, "WhatsApp" özü ötən il istifadəçilərin nömrələrinin "Facebook"ilə birləşdirəcəyini ictimaiyyətə açıqlamışdı.
Birliyin məlumatına görə, "WhatsApp" ötən avqust ayında istifadəçi və məlumatları qoruma maddələrini yeniləyib. Yenilənən maddələrlə isə qanunları pozub. Qurum "WhatsApp"ın bu şəxsi məlumatları istifadəçininin "Facebook" hesabı olub-olmamasına baxmadan paylaşdığını əsas gətirib və istifadəçi haqqlarını qorumaq üçün iddia qaldırdıqlarını bildirib. "Hər bir istifadəçi öz şəxsi məlumatlarını istədiyi kimi istifadə etməsinə özü qərar verməlidir", deyə iddianamədə qeyd edilib.
Bu "WhatsApp"ın şəxsi məlumatlarla bağlı qarşılaşdığı ilk problem deyil. Daha öncə də Avropa Birliyi "WhatsApp"la bağlı xəbərdarlıq edib.
Təlimatda "Whatsapp"ın istifadəçi məlumatlarının paylaşılmasının ilə bağlı ciddi narahatlıq yaratdığı ifadə edilib. Qeyd edilir ki, "WhatsApp"a üzv olarkən qəbul edilən istifadə qaydaları və gizlilik siyasətində boşluq var. İstifadəçilər bu sistemə qoşularkən şəxsi nömrələrin yayılmasına razı olmaları barədə razılıq verməyiblər.
Avropa Birliyi adıçəkilən şirkətdən bu məsələ ilə bağlı məlumat verilməsini istəyib. AB-nin şəxsi məlumatları qoruma qurumları gərəkli qanuni proseslər yerinə yetirilməsindən əmin olana qədər "Whatsapp"dan "Facebook" ilə istifadəçilərin mobil telefon nömrələrini paylaşmamasını istəyib.
f Paylaş








Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri