Xalq artisti: "Ərim indi də geyimimə nəzarət edir" - FOTO - VIDEO

ARB TV-nin "Ömrün fəsilləri" verilişinin növbəti qonağı xalq artisti, xanəndə Səkinə İsmayılova olub.

Xanim.Az xəbər verir ki, ilk öncə sənətkar bu sənətdə ona qayınatasının dəstək olduğunu qeyd edib.

"Bir müddət onun özündən də qadağalar gəlmək istəyirdi. Amma mən hər zaman deyirəm, bizim Bakı mühitində böyük nə deyirdisə o da olurdu. Mənim arxamda ən çox duran da qayınatam oldu və onun sözü keçdi".

Daha sonra xalq artisti ailəsində hər zaman yoldaşının sözünün keçdiyini bildirib:

"Mən bütün şoulardan uzaq idim. Mənim üçün əsas teatr idi. Mən bütün yaradıcılığımı, hər bir şeyimi verdim səhnəyə, eyni zamanda da ailəyə. Ailəm olmasa idi bu günüm də olmazdı. Onlar məni sevə-sevə yola salırdılar. Səhnədə uğurların olur, gül-çiçək alırsan, gəlib evdə onu almayanda insan üçün çətinlik törədir. Mən onlardan da müsbət enerji alırdım. Adamın özündən də çox şey asılıdır. Bu gün də bizim ailədə axırıncı söz mənim yoldaşımındır. O, nə dedi, odur. İnan bu yaşdayıq, mənim geyimimdə onun nəzarəti var. Mən qızımla dost olmuşam, amma elə məqam olub ki, demişəm ki, atan nə deyir odur. Bir an deyib ki, olmaz. Demişəm ki, olmaz, olmaz. Amma məqam keçib bir az, özü başa düşüb ki, mən axı bunu düz demədim".

Sonda Səkinə İsmayılova tamaşada ona uyğun olmayan səhnəni dəyişdiyini deyib:

"Bir tamaşa var idi. Şəfiqə Axundovanın "Gəlin qayası" operası . Burada Gülbahar özünü qayadan atır və Gülbaharı Camal 2 əlinin üzərində səhnəyə gətirir. O, qadağa qoymasa da, bu mənə bir cürə gəldi. Mən rejissor Hüseynağa müəllimdən xahiş etdim ki, "Bu düşüb yaralanıb, vacibdir ki, bunu səhnəyə əl üzərində gətirsinlər? Sürünə-sürünə gəlsin səhnəyə". Dedi ki, hə, düzü, heç mən belə düşünməmişəm, amma sən deyirsənsə, olsun. Dedim ki, belə olsa mən tamaşanı oynayacam və belə də oldu".

Xalq artisti: "Ərim indi də geyimimə nəzarət edir" - FOTO - VIDEOXalq artisti: "Ərim indi də geyimimə nəzarət edir" - FOTO - VIDEOXalq artisti: "Ərim indi də geyimimə nəzarət edir" - FOTO - VIDEOXalq artisti: "Ərim indi də geyimimə nəzarət edir" - FOTO - VIDEOXalq artisti: "Ərim indi də geyimimə nəzarət edir" - FOTO - VIDEO

Xəbərlər     Baxılıb: 3810   Tarix: 30 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

qadın geyimi yemek reseptleri geyim şəkilləri nişanlılıq qan qruplari kariyera və iş həyatı keks reseptləri kosmetika haxisda burclər oglan evi bürcler qiz burcu