Xalq artisti televiziyalardan qonorar tələb edir: Həmkarlarımızla məsələ qaldıracağıq

Xalq artisti televiziyalardan qonorar tələb edir: Həmkarlarımızla məsələ qaldıracağıq"Efirlərə niyə çıxım? Hansısa bir filmə və ya seriala çəkiləndə də içlərindən yaxşısını seçirəm, qonorarım da yüksəkdir. Yaxşı seriala çəkilib, yaxşı da qonorar alıram. Amma hələlik hər hansı layihə üçün yeni təklif almamışam. Keçən il çox təkliflər almışdım və məhsuldar işlədim. Amma bu il yox. Teatrda da yenilik yoxdur. Elə köhnə tamaşalarımı oynayıram. Önümüzdə yay var. Təkliflər gələr inşallah".
azxeber.com xəbər verir ki, bu sözləri Prezident təqaüdçüsü, Xalq artisti Səidə Quliyeva Bizim Media-nın əməkdaşı ilə söhbətində deyib. 
Sənətçi hazırda seriallara çəkilməməsini verilən qonorarın az olması ilə əlaqələndirib:
"Hər serialda məni görə bilmərsiniz. Çunki, mənim üçün bir serialda məzmun, tərəf müqabili, rejissor və alacağım qonorar çox önəmlidir. Bunlara çox diqqətlə yanaşıram".
Bir sıra aktyorların verilişlərə qatılmaq üçün qonorar tələb etməsinə Xalq artisti də sərt reaksiya verib:
"Qonorar biz aktyorların ən yaralı yeridir. Əvvəllər, sovet dövründə televiziyada iki cümlə danışırdıq, ifa etdiyim roldan belə qat-qat artıq qonorar alırdıq. İndi isə qonorardan söhbət belə yoxdur. Bir dəfə mənə verilişlərdən birindən təklif gəldi, söylədilər ki, sizin iştirakınız özünüz üçün reklamdır. Mən bu təklifi rədd etdim, razılaşmadım. Mənim kimi bir sənətkarın heç bir reklama ehtiyacı yoxdur. Telekanallar mütləq sənətkarların efirə çıxmasına qonorar ödəməlidir. Qonorar olmadığından sənətkarlar verilişlərə çıxmaqdan imtina edirlər. 
İndi mənə hörmət edirlər, arxamca avtomobil yollayırlar. Amma qrim və bu kimi vacib məsələlərə görə, heç bir qonorar ödənilmir. Kanalda süpürgəçi maaş alır, amma aktyor bir saat öz zamanını verilişə ayırır, bir qəpik də belə qonorar almır.
Məhz bu səbəbdən bir sıra sənət nümayəndələri verilişlərə qatılmırlar. Teatr xadimləri və kino gildiyası olaraq televiziyaların bizə qonorar ödənməsi məsələsini qaldırmaq istəyirik. Təbii ki, bu tələblə olmayacaq. Baxır verilişin səviyyəsinə, sponsoralarına". 
Bir sıra kino xadimləri blogerlərlə film və seriallara çəkilmək istəmədiklərini bildirirlər və onları qeyri-peşəkarlıqda ittiham edirlər.
S.Quliyeva isə səslənən bu iradların yersiz olduğunu, əksinə gənclərə dəstək çıxdığını söyləyib: 
"Keçən il gənc aktyor Taleh Yüzbəyovun "Zəhər tuluğu" qısametrajlı filminə çəkildim. Digər tanınmış aktyor Əlixan Rəcəbovla da bir filmdə rol aldım. Yenə təklif gələrsə, yenə çəkilərəm. Böyük məmnuniyyətlə yenidən onlarla birlikdə çalışaram. Onların aktyorluq məharətindən çox razı qaldım. Bu cür istedadlı gənclərə dəstək olmaq və maddi tərəfdən kömək etmək lazımdır. Onların işlərini qiymətləndirmək lazımdır".
Xalq artisti Azərbaycan radiosunda aparıcılıq etdiyini, lakin aldığı qonorarın çox az olduğunu da dilə gətirib:
"Daimi olaraq Azərbaycan radiosunda hər həftə "Bulaq" adlı verilişi aparıram. Bu yaxınlarda isə həmin verilişdə aparıcılığımın 20 yaşı olacaq. Amma bu verilişdən aldığım qonorar məni şəxsən qanə etmir. Çox azdır, cüzidir..."

Şou Biznes     Baxılıb: 1341   Tarix: 26 aprel 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. İfaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə

.

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

.

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

.

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

.

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

.

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

turlar.az

sade makiyaj sekilleri toy makiyajlari reseptler kliniki ölüm gəlinliklər saç tökülməsi kosmetika burcler tərəzi hakistalar ikizler big.az