Xalq artistindən AĞIR İTTİHAM: "Uşaq-muşaq gəlib..."
Xalq artisti, tanınmış aktrisa Elmira Şabanova Azərbaycanda çəkilən serialları tənqid edib.
Yeniçağ.az-a açıqlama verən aktrisa yerli ekran əsərlərində əksər süjetlərin Türkiyə seriallarından oğurlandığını iddia edib: "Mən adətən əcnəbi və Türkiyə kanallarına baxıram, arada öz kanallarımıza çevirirəm. Yerli seriallara baxıram, çünki aktrisa olaraq mənə çəkdiklərimiz maraqlıdır. Görürəm, hətta musiqi, qəhrəmanların istifadə etdikləri sözlər belə türk seriallarından oğurlanıb. "Kara sevda"da eşitmişəm o musiqini. Seriallarda sünilik çoxdur. ATV-də nümayiş olunan "Günəşim ol" serialı var. Kənd həyatından bəhs edir, amma baxırsan ki, kasıb adam villada lüks həyat yaşayır. Yenə biznesmen olsaydı, inandırıcı olardı.
Digər tərəfdən ən dəhşətlisi budur ki, bizim serialların əksəriyyətində vurmaq-öldürmək təbliğ olunur. Axı bu seriala uşaqlar da baxır, onlar pis örnək götürür. Qəhrəmanlar üstündə silah gəzdirir, küçədə qabağına çıxanı qətlə yetirir. Biz axı xeyirxah xalqıq, bu seriala baxan nə düşünər? Buna görə də seriallar üçün səviyyəli ssenarilər yazılmalıdır. Uşaq-muşaq gəlib serial üçün ssenari yazanda, nəticə də belə olacaq. Rövşən İsaxın çəkdiyi serialların ssenarisi barədə bir söz deyə bilmərəm, amma peşəkarcasına çəkilib".









Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
İmperator'un dövlətə bağışladığı mülklər - SİYAHI
Corcina uşaqların 220 min avroluq müalicə pulunu ödədi - Aksiyanı dayandırdı
Ürəyim bütün zəvvarlar kimi orada qaldı' - Aparıcı Məkkə ziyarətindən yazdı
Avroviziya' iştirakçısı oğlundan imtina etdi
Yumurta alarkən mütləq koduna baxın - FOTO
Eşref Rüya' final edir - Tarix bilindi
Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi