Xalq artistindən illər sonra etiraf: "Bütün sevgimi ona verdim"

Xalq artistindən illər sonra etiraf: "Bütün sevgimi ona verdim"Bu gün xalq artisti, sevilən aktrisa Həmidə Ömərovanın doğum günüdür.
Xanim.az xəbər verir ki, özəl gününü çəkiliş meydançasında keçirən xalq artisti təssüratlarını Yenicag.az-la bölüşüb:

– Doğum günündə hansı əhval-ruhiyyədəsiniz?

– "Ata ocağı" serialının növbəti seriyası çəkilir, iş başındayıq. Sevincliyəm, hamı xoş sözlər deyir, təbrik edir. Mənim üçün yaradıcılıq sevinci nəyə desən dəyər.

– Rəqəmlərin sizin üçün əhəmiyyəti varmı? Yaşı nəzərdə tuturam…

– Hərdən öz-özümə deyirəm ki, başım o qədər işə qarışdı, heç qocalmağa vaxtım da qalmadı. Düzünü deyim ki, yaşımı hiss etmirəm. Daxilən özümü çox gənc sayıram. Təəssüf ki, bioloji yaşımız bəzən daxili yaşımızı-hisslərimizi qabaqlayır.

– "Gözləriniz çox gözəldir" – yəqin bu komplimenti sizə tez-tez edirlər?

– Təəssüf ki, yaş öz sözünü deyir və insan zaman keçdikcə dəyişir. Amma həmişə mənə deyirlər ki, gözləriniz heç vaxt dəyişmir, qocalmır, necə varsa, elə də qalıb. Əlbəttə baxışlar, gözlər hər zaman qəlbin aynasıdır.

– Yəqin ki, getdiyiniz məkanlarda sevənləriniz sizə yaxınlaşıb ürək sözlərini söyləyir. İndiyə qədər hansı sözlər sizi təəccübləndirib, hətta ağlamaq istəmisiniz?

– Bəzən köhnə nəsildən olan insanlar məni görəndə təəccüblənirlər ki, necə dəyişmisiniz. Bircə gözləriniz və səsiniz eynidir. Onda təəccüblənirəm, fikirləşirəm ki, yəqin çox dəyişmişəm.

– Deyirlər qadınlar sevəndə öz yaşını hiss etmir…

– Mən xəstələnməyəndə çox pozitiv və enerjili oluram, yaşımı hiss etmirəm. Qaldı ki, sevgiyə, gəncliyimdən ta bu yana bütün sevgimi ona-yaradıcılığıma vermişəm. Məni tanıyanlar da bunu gözəl bilir.

– Qadın olaraq özünüzü bəxtigətirmişlərdən sayırsınız?

– Bəxtim həmişə gətirib ki, belə gözəl rollarda oynamışam.

– Mən sənət baxımından deyil, qadın nöqteyi-nəzərdən soruşdum.

– Mən kişi olaraq cavab vermirəm ki, elə qadın olaraq danışıram də…(gülür)

– Siz aktrisa kimi xoşbəxtliyi nəzərdə tutursunuz…

– Axı xoşbəxtlik anlarla olur. İnsan hər zaman xoşbəxt ola bilməz.

– Yaxşı onda deyin görək, xoşbəxt anlarınız çox olub?

– Əlbəttə çox olub.

– Arzuladığınız, amma hələ də oynamadığınız rollar varmı?

– Hər bir dramatik aktyor istəyər ki, özünü komik rollarda sınasın. Komediya aktyoru da əksinə dramatik rollarda oynamağı arzulayır. Mən də istərdim ki, komik obrazlarda görünüm. Tamaşaçımı təəccübləndirməyi, dəyişikliyi xoşlayıram.

Xəbərlər     Baxılıb: 2114   Tarix: 25 aprel 2018
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

gelinlikler reseptler toy makiyaji sekilleri kesmikli koke qadın dünyası az saç düzümləri is qurmagin yollari kosmetika vicdan seksi həsən bəy zərdabi hakista sozler janrlar