Xalq artistinin konsertində FACİƏ: Rəqqas səhnədə can verdi - VİDEO
Çeçenistanın Urus-Martan şəhəri rayon Mədəniyyət sarayında dekabrın 2-də bədbəxt hadisə baş verib. Çeçenistan xalq artisti Liza Axmatovanın çıxışı zamanı 48 yaşlı rəqqas R. Xusainov "ləzginka" sədaları altında oynayarkən qəfildən səhnədə yıxılıb. Tamaşaçılar bunun şou elementi olduğunu düşünərək gülərək alqışlayıblar.
Xalq artisti daha bir neçə saniyə ərzində ifasını davam etdirib və yerə yıxılmış şəxsə yaxınlaşıb.
O, nə baş verdiyini dərhal anlamadığından hadisəni zarafata çevirməyə cəhd edib: "Həddindən artıq can yandırıb! Rəqqasa alqışlar!".
Lakin artıq vəziyyətin ciddi olduğu anlaşılıb. Gülüş və alqış sədaları kəsilib, artistlər, səhnə işçiləri və zaldakı sadə insanlar yerə yıxılmış şəxsi əhatəyə alıblar.
Təcili tibbi yardım çağırılıb. Təəssüf ki, həkimlərin artıq yardım edə biləcəyi bir imkan yox idi. Şəxsin ürək dayanmasından öldüyü məlum olub./interaz/
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?
Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir
Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş
Tərəf müqabili oldular