Xalq artistinin səhhəti pisləşdi: "Məni xilas edin, yaşamaq istəyirəm" - FOTO
Bu barədə Yeniçağ.az-a açıqlama verən diktor Sabir Ələsgərov yenidən dava-dərman qəbul etdiyini deyib:
"Səhhətim düzəlmişdi, mart ayı gələndən yenidən pisləşdim. Tibb Universitetinin Tədris Terapevtik Klinikasına gedib-gəlirəm, həkim nəzarəti altında müalicə olunuram. Həkim deyir ki, havalar soyuq keçdiyinə görə xəstəliyim ağırlaşıb. Sifətim əyilib. Üzümün sağ tərəfi, gözüm, alnım şişib, əlimi vururam, heç nə hiss etmirəm. Bilmirəm, nə vaxt sağalacam, dava-dərman qəbul etməkdən bezmişəm".
Bəs görəcən diktor müalicə olunmaq üçün xaricə getməyi düşünürmü?
"Burda həkimlər çox yaxşıdır, harasa getmək fikrim yoxdur. Böyrəyimdə olan çirki təmizlədilər, bütün problemləri əməliyyat yoluyla həll etdilər; ümid edirəm ki, bu xəstəlikdən də qurtulacam. Deyirlər ki, xəstəliyim əsəblə əlaqədardır. İnanın, həyat o qədər şirindir ki, insan yaşamaq istəyir"- deyən Sabir Ələsgərov ümidini üzmədiyini bildirir.
Xatırladaq ki, S.Ələsgərov iki dəfə boyrəyindən əməliyyat olunub.
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
İmperator'un dövlətə bağışladığı mülklər - SİYAHI
Corcina uşaqların 220 min avroluq müalicə pulunu ödədi - Aksiyanı dayandırdı
Ürəyim bütün zəvvarlar kimi orada qaldı' - Aparıcı Məkkə ziyarətindən yazdı
Avroviziya' iştirakçısı oğlundan imtina etdi
Yumurta alarkən mütləq koduna baxın - FOTO
Eşref Rüya' final edir - Tarix bilindi
Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma
Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma
Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB
Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir