Xanımı bıçaqlanan Müşfiqin vəziyyətindən danışdı: "Mənim canım-qanımdır..." - FOTO
Azərbaycan prezidentinin keçmiş mühafizəçisi Müşfiq Mədətovun bıçaqlandığını xəbər vermişdik.
İki gündür ölkə mətbuatının gündəmini zəbt edən şəxs Azərbaycan şou-biznesinin tanınmış prodüserlərindən olan Anar Mədətovun qardaşıdır.
Yenicag.az Anar Mədətovla əlaqə saxlayıb. O, sayta açıqlamasında xəbərə belə münasibət bildirib:
"Müşfiq mənim canım-qanımdır. Əlbəttə bu məsələ məni də narahat edir. Şükür Allaha, əsas odur ki, salamatçılıqdır. Zərbə dərin olmayıb, həyatı üçün təhlükə yoxdur. Özü ilə görüşməmişəm. Xanımı ilə əlaqə saxlayıram. O da Müşfiqin hazırda yaxşı olduğunu deyir. Bıçaqlanma hadisəsinə gəlincə, bu, məsələ mənlik deyil, danışmaq istəmirəm".
Maraqlıdır ki, prodüser Anar Mədətov Müşfiq Mədətovun onun qardaşı olması ilə bağlı xəbərləri təkzib edir. Onun sözlərinə görə, Müşfiq onun qardaşı yox, əmisi oğludur.











Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Zülalla ən zəngin çərəz