Xaricdən gətirilən dərmanlara limit qoyulması təklifi: Səbəb və nəticələr

Xaricdən gətirilən dərmanlara limit qoyulması təklifi: Səbəb və nəticələrİllərdir ölkədə dərmanların tərkibinin keyfiyyətsizliyi, qiymətlərinin baha olması ilə bağlı narazılıq var. İnsanlar ucuz və keyfiyyətli dərman almağı xarici ölkələrdəki dost-tanışlarından xahiş edirlər. İctimaiyyət bu problemin həllini gözlədiyi vaxt vətəndaşların xaricdən gətirdikləri dərmanlara limit qoyulması ilə bağlı müzakirələr başlayıb.
"Kaspi" qəzeti mövzunu inkişaf etdirərək yazır:
Vətəndaşların xaricdən şəxsi istifadə üçün gətirdiyi dərmanlara limit qoyulacaq. Bununla bağlı Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyinin nümayəndələri arasında görüş keçirilib, şəxsi istifadə üçün gətirilən dərmanların normalarının müəyyən edilməsi üçün müzakirələr başlayıb.
Maraqlıdır, illərdir ölkədə dərmanların tərkibinin keyfiyyətsizliyi, qiymətlərinin baha olması ilə bağlı narazılıq var. İnsanlar ucuz və keyfiyyətli dərman almağı xarici ölkələrdəki dost-tanışlarından xahiş edirlər. Məsələn, Azərbaycanda dərman vasitələrinin qiymətinin Türkiyə ilə müqayisədə bir neçə dəfə baha olması faktdır. İctimaiyyət bu problemin həllini gözlədiyi vaxt xaricdən gətirilən dərmanlara limit qoymaqla bağlı müzakirələr başlayır. Sual yaranır: xaricdən gətirilən dərmanlara limit qoyulması təklifi hansı ehtiyacdan yaranıb?
Dərman bazarı üçün ən uyğun qərar qəbul ediləcək?
Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, vətəndaşların xaricdən şəxsi istifadə üçün gətirdiyi dərmanlara  limit qoyulması təklifi Dövlət Gömrük Komitəsi tərəfindən edilib: "Səhiyyə Nazirliyi bu təklifin müzakirələrində iştirak edir və dərman bazarı üçün ən uyğun qərarın qəbul edilməsi istiqamətində işlər aparılır".
Xaricdən gətirilən dərmanlara limit qoyulması təklifi: Səbəb və nəticələr"Biz başa düşürük ki, insanlar bundan narazı qalırlar"
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Bağırov bildirib ki, Azərbaycanda tətbiq olunan qaydalara əsasən, şəxsi ehtiyacların ödənilməsi üçün dərman vasitələrinin gətirilməsinə icazə var. Lakin bəzi hallarda şəxsi ehtiyacların ödənilməsi norması təmin edilmir: "Çünki bəzi dərman növləri var ki, psixotrop və ya narkotik tərkibli olur. Biz başa düşürük ki, insanlar bundan narazı qalırlar. Amma buna diqqət yetirmək lazımdır ki, ölkəyə bütün dərman vasitələri gəlir. Dərmanı idxal edən şirkətlərsə bu zaman gömrük orqanlarına şikayət edirlər ki, apteklərdə və digər satış yerlərində qeydiyyatdan keçməyən dərman haradan olur? Hər bir halda çalışırıq ki, qanunvericilik normalarına riayət edək. Hökumətin tapşırığı ilə Səhiyyə Nazirliyi ilə birgə zəruri ehtiyacların ödənilməsi üçün dərmanların həddini, miqdarını müəyyənləşdirmək üzrə işlərə başlamışıq. Yaxın vaxtlarda layihə hökumətə təqdim olunacaq".
"Müsbət yenilik gözləmək sadəlövhlükdür"
Millət vəkili Fazil Mustafa deyir ki, Azərbaycan əhalisi onsuz da dərman qiymətləri ilə mübarizə apara bilmir. Bu sahədə müsbət yenilik gözləmək sadəlövhlükdür: "Daxildə dərmanların keyfiyyətinin yoxlama standartları da aşağıdır. Keyfiyyətsiz dərmanların da bu qədər yayğın olmasının səbəbi bununla bağlıdır. Ona görə də bu kimi məsələlərdə müsbət mənada yenilik gözləməyə dəyməz. Bu daha çox dərman mafiyasının maraqlarına xidmət edən addımdır. Necə yəni şəxsi istifadə üçün dərman gətirmək limiti müəyyən olunur? Son vaxtlar ölkədə zəruri olan dərmanlar tapılmır. Hər dəfə Türkiyədən hər kəs ovuc-ovuc dərmanlar alıb gətirir. Limit qoymaqdansa, dərman bazarında rəqabət yaranmalıdır və qiymətlər aşağı olmalıdır ki, insanlar başqa ölkəyə üz tutmasın. Belə addımlar vətəndaşın marağını düşünmədən atılır. Hesab edirəm ki, burada çox böyük sıxıntılar yaşanacaq".
Xaricdən gətirilən dərmanlara limit qoyulması təklifi: Səbəb və nəticələr"İnsanlar xaricdən dərman gətirməyə məcbur olur"
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli deyir ki, dərman vasitələrinin hər bir molekulu ölkəyə idxal olunarkən xüsusi laboratoriyada analiz olunmalı və onun tərkibindəki əsas maddənin miqdarının normativə uyğun olub-olmaması müəyyənləşməlidir: "Biz əsasən, Rusiya, Ukrayna, Belarus və digər ölkələrin preparatlarını kütləvi şəkildə idxal edirdik. Lakin Rusiya-Ukrayna müharibəsi bu sahədə problemlər yaradıb. Ölkəmiz də 30 ildə kifayət qədər ciddi əczaçılıq sənayesi formalaşdıra bilmədiyi üçün dərman preparatları baxımından idxaldan asılı vəziyyətə düşmüşük. Azərbaycana daxil olan dərman preparatı Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınır və qeydiyyat lisenziyası yalnız beş il müddətinə etibarlıdır. Bir dərman preparatının qeydiyyata alınması təxminən 5-6, bəzən 1 il zaman alır. Yəni idxal hüququnu itirmiş dərman preparatlarının sahibkarlar tərəfindən yenidən ölkəyə gətirilməsi artıq kifayət qədər zaman alır. Həmin zaman müddətində də dərmanın defisiti yaranır. İnsanlar da məcbur olur ki, dərmanları dostları vasitəsilə xaricdən gətirsinlər. Bu səbəbdən son vaxtlar xaricdən dərman gətirilməsi çoxalıb və limitlər müzakirə olunur".
Limitlənmənin səbəbi nədir?
Mütəxəssis qeyd edir ki, limitlənmənin əsas səbəbi "zəruri miqdar" ifadəsini aradan qaldırmaqdır: "Dərman vasitələri haqqında" qanunun 6-cı maddəsində fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün zəruri miqdarda gətirilən dərman preparatlarının qeydiyyatı tələb olunmur. Qanun bizə imkan verir ki, şəxsi məqsəd üçün dərman preparatlarını ölkəyə gətirək. Orada zəruri miqdar qeyd olunub, konkret rəqəm yoxdur. Limitlənmənin əsas səbəbi bu "zəruri miqdar" ifadəsini aradan qaldırmağa xidmət edir".
"Qiymət heç vaxt ucuz olmayacaq"
Mütəxəssis deyir ki, gömrük rüsumları çox olduğu üçün qiymət heç vaxt ucuz olmayacaq: "Gömrük rüsumu o qədər böyükdür ki, bu, bazarda dərman preparatlarının bahalaşmasına təsir göstərir. Bizim təklifimiz ondan ibarətdir ki, əgər Azərbaycan idxaldan asılı vəziyyətdədirsə, dərman preparatlarına tətbiq olunan gömrük rüsumlarını minimuma endirək. Biz vətəndaşların təminatını qura bilməliyik. Əgər qura bilmiriksə, onda limitləri yığışdırıb vətəndaşa imkan yaratmaq lazımdır ki, heç olmasa öz xəstələri üçün dərman preparatlarını gətirə bilsinlər".
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 995   Tarix: 08 yanvar 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

yay geyimləri 2026 geyim dəbləri toy makiyajlari hamilələrin qidalanması geyimler 2026 mastopatiya haqqinda yoğun bağırsaq xəstəlikləri kosmetika banan naz mila vətənə aid saglam qidalanma hakisdalar