Xatirə: "İmkan verməyək kimsə desin ki, oğluma müğənni almaram"
Xatirə İslam müğənnilərin toylara getməsi, bu səbəbdən yaxşı yaşaması haqda populyar fikrə münasibət bildirib.
Open.az xəbər verir ki, müğənni Xatirə İslam "İnstaqram"da bu sözləri yazıb: "Hamının sözünün əvvəli də, axırı da müğənni idi. Hamı gedib-gəlib yalnız müğənniyə və onun qazancına söz atırdı. Sanki bütün dünyada problemləri yaradan sənətçilərdir.
İndi nə müğənni var, nə də qazancı. Dünya dağılır. Hər şey yaxşıdırmı? Yenə də karantin dövründə kasıba, xəstəyə əl tutan, balasının boğazından kəsib, sizin gözünüzdə qalmaq xətrinə ehtiyacı olanlara kömək edən, bəzən qurunun oduna yaş kimi yanan, öz ailəsindən başqa on ailəyə baxan zavallı müğənnilər... Ən çox zəhməti olan və ləkə yapışan müğənnilər...
Bu gün Allah bizi sınayır və bizi mehribançılığa çağırır. Gəlin bir olaq. İmkan verməyək kimsə desin ki, oğluma müğənni almaram. Biz o şəraiti yaratmayaq, gec də olsa keçmiş sənətkarlarımız kimi özümüzü qapalı aparaq. Şəxsi həyat haqda bütün xalqın qarşısında danışmaq səmimi olmaq deyil, ağılsızlıqdır".









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür